Icma.az
close
up
RU
Hərbi ekspert: Onlar əsir deyil, hərbi cinayətkarlardır

Hərbi ekspert: Onlar əsir deyil, hərbi cinayətkarlardır

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azad İsazadə

“Hazırda Azərbaycanda mühakimə olunan və hərbi cinayətlərdə şübhəli bilinən keçmiş Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrini yalnız Qərb dairələri deyil, həmçinin İrəvanda siyasətlə məşğul olan bəzi qurumlar da “qəhrəman” və hərbi əsir kimi təqdim edirlər. Xarici qüvvələrin Bakıda mühakimə olunan erməni separatçılarını əsir statusunda göstərməkdə əsas məqsədi həmin şəxsləri ağır cinayət ittihamlarından kənarda saxlamaq və azadlıqlarına nail olmaqdır”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə keçmiş Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycana qarşı ağır cinayətlər törətməkdə şübhəli bilinən separatçı ermənilərin məhkəmə prosesi barədə danışarkən bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dekabrın 24-də Ağdamda 2-ci yaşayış kompleksinin açılışı mərasimində çıxışı zamanı bu məsələni diqqətə gətirib. Prezident deyib ki, vaxtilə Azərbaycan ərazilərində hərbi və müharibə cinayətləri törətməkdə şübhəli şəxslər hazırda Bakıda mühakimə olunur. Həmin şəxslər ağır cinayətlərdə şübhəli bilinsələr də, bəzi xarici dairələr onları əsir kimi təqdim edir və azadlığa buraxılmalarını tələb edirlər.

Azad İsazadə dövlət başçısının bu mesajının təsadüfi olmadığını qeyd edərək bildirib ki, bu cür çağırışlar bölgədə gərginliyin davam etməsini hədəfləyir.

Ekspert qeyd edib ki, beynəlxalq hüquqa əsasən, əsir düşmüş hərbçilər müharibə bitdikdən sonra qarşılıqlı şəkildə dəyişdirilir və ya azad edilir. Onun sözlərinə görə, bəzi xarici dairələr Bakıda mühakimə olunan şəxsləri əsir kimi təqdim etməyə çalışır, lakin bu, həqiqəti əks etdirmir: “Onlar bu şəxsləri Ermənistan ordusunun zabitləri kimi göstərməyə çalışırlar. Halbuki müharibədən sonra Azərbaycan əsirləri qarşı tərəfə qaytarıb”.

Ekspert bildirib ki, mühakimə olunanlar sırasında Ruben Vardanyan da var və onun cinayət işi ayrıca araşdırılır:

“Vardanyandan fərqli olaraq, mühakimə edilən digər separatçılar Azərbaycan vətəndaşları olublar. Onlar Sovet Azərbaycanında doğulub təhsil alıblar. Azərbaycan müstəqillik əldə etməyə çalışdığı illərdə isə dövlətə qarşı çıxıb separatizm yolu ilə fəaliyyət göstəriblər. Bəziləri özlərinə “general” rütbəsi uydurub, bəziləri isə formal siyasi vəzifələr icra edib. Yəni onlar vətəndaşı olduqları dövlətə xəyanət edərək cinayətlər törədiblər. Keçmiş Dağlıq Qarabağ vilayətində yaşayan azərbaycanlı mülki əhaliyə qarşı ağır hərbi cinayətlərə imza atıblar, anti-insani və anti-bəşəri əməllərlə yadda qalıblar. Belə şəxslərin əsir kimi təqdim edilməsi ədalətə uyğun deyil. Üstəlik, onların ifadələri hazırda İrəvanda yaşayan digər şəxslərin də cinayətlərinin müəyyənləşməsinə xidmət edir”.

İsazadə tarixi faktlara da diqqət çəkib:

“1945-ci ildə Almaniya təslim oldu. Kapitulyasiyaya imza atan marşal rus ordusuna könüllü təslim olmuşdu. Buna baxmayaraq, o və digər generallar Nurnberq məhkəməsində mühakimə olundular. Çünki könüllü təslim olmaları onların törətdikləri cinayət məsuliyyətini aradan qaldırmadı. Cəzasını çəkən bəzi generallar sonradan azadlığa çıxdı. Ancaq həmin prosesdə iştirak edən gənc zabitlər hərbi əsir kimi sərbəst buraxıldılar. Yəni bir şəxsin təslim olması onun müharibə cinayətlərində məsuliyyət daşımadığı anlamına gəlmir”.

Nemət ORUCOV

Reyting.az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://reyting.az
archiveBu xəbər 26 Dekabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri