Icma.az
close
up
RU
Müharibə caniləri, qatillər “hərbi əsir” deyil!

Müharibə caniləri, qatillər “hərbi əsir” deyil!

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Milli Məclisin işçi qrupu rəhbəri Birləşmiş Krallığın parlament qrupuna etiraz məktubu ünvanlayıb

Azərbaycan-Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə Birləşmiş Krallıq parlamentinin Ermənistan üzrə parlament qrupuna etiraz məktubu ünvanlayıb. Bu barədə Milli Məclisdən məlumat verilib.

Məktubda deyilir ki, Birləşmiş Krallıq hökumətinə bu yaxınlarda etdiyiniz müraciətlə əlaqədar biz 30 illik erməni işğalı dövründə törədilmiş müharibə cinayətləri, etnik təmizləmələr və hərbi təcavüz üçün məsuliyyət daşıyan şəxslərin mühakiməsi prosesini nüfuzdan salmağa yönələn əsassız ittihamları qətiyyətlə rədd edirik. Bu insanların “hərbi əsir” adlandırılması, azadlığa buraxılmasına çağırışlar edilməsi onların törətdikləri və əsaslı sübutlarla təsdiqlənən cinayətlərinə göz yumulması deməkdir.

İşğal zamanı Ermənistan bir milyona yaxın azərbaycanlını zorla yurd-yuvasından didərgin salıb, Xocalı soyqırımı, urbisid, kultursid və ekosid aktları törədib. Azərbaycan şəhərləri və kəndləri yerlə-yeksan edilib, onun mədəni və dini mirası dağıdılıb, ətraf mühitə ciddi ziyan vurulub. Bundan əlavə, Ermənistan işğal olunmuş ərazilərdə minalar basdıraraq Azərbaycanı dünyanın minalarla ən çox çirklənmiş ölkələrindən birinə çevirib. Bu minalar mülki insanları öldürməyə və yaralamağa davam edir, keçmiş köçkünlərin geri dönməsini və bərpa səylərini ləngidir.

Məktubda göstərilir ki, bütün bu hadisələrin daha bir dəhşətli nəticəsi isə itkin düşmüş 4 minə yaxın azərbaycanlının, o cümlədən qadınların və uşaqların aqibətidir. Ermənistan kütləvi məzarlıqlar barədə məlumat verməkdən imtina edir, halbuki bu cür məlumat onların yerini müəyyənləşdirməyə kömək edə bilər. Bununla yanaşı, erməni liderləri uzun müddətdir ki, azərbaycanlılara qarşı etnik nifrəti qızışdırırlar. Ermənistanın sabiq prezidentləri azərbaycanlıların qovulmasını və Xocalı soyqırımını dəstəkləyən bəyanatlar verərək etnik təmizləməyə açıq-aşkar haqq qazandırmışlar. Bütün bu cinayətlərə baxmayaraq, Ermənistanda heç kəs məsuliyyətə cəlb edilməyib, hərbi cinayətkarlar isə hələ də hörmət sahibidirlər.

Əksinə, Azərbaycan ərazi bütövlüyünün bərpasından sonra ədalət mühakiməsini təmin edir. 200-dən çox erməni Azərbaycan tərəfindən humanitar akt qaydasında azad edilsə də, müharibə cinayətlərində təqsiri olanlar hazırda Bakıda məhkəmə qarşısına çıxarılırlar. Azərbaycan qanunvericiliyinə uyğun olaraq, onlar hərbi təcavüz, müharibə cinayətləri, zorakılıqla yoxa çıxarma, işgəncə vermə, terrorçuluq və s. kimi cinayətlərdə ittiham edilirlər. Məhkəmə prosesi şəffafdır, hüquqi təmsilçilik təmin edilir və amansız rəftarla bağlı heç bir şikayət daxil olmayıb.

Bu prosesin tənqid edilməsi haqq-ədalətə etinasızlıq göstərilməsi, etnik təmizləmənin və təcavüzün dolayısı ilə dəstəklənməsi deməkdir. Həqiqi sülh yalnız cavabdehlik yolu ilə əldə edilə bilər – haqq-ədalət olmadan möhkəm sülh mümkün deyil.

Bildirilir ki, davam edən məhkəmə prosesi Ermənistan tərəfindən törədilmiş hərbi təcavüzə və işğala, eləcə də onun siyasi və hərbi xadimlərinin daşıdıqları məsuliyyətə işıq salır. Bu proseslə bağlı narahatlıq mühakimənin gedişini pozmaq və məhkəmənin işinə müdaxilə etmək cəhdlərinə səbəb olmuşdur. Lakin bu cür səylərə qoşulmaq əvəzinə, hüquqi prosesə kömək göstərilməsi ədalət mühakiməsinə və bölgədə möhkəm sabitlik yaradılmasına töhfə verə bilərdi. Sülhə həqiqi sadiqlik məsuliyyətin tanınmasında və müharibə cinayətlərində əli olanların cavabdehliyinin təmin olunmasında əksini tapa bilər.

Bu cür məhkəmə yanaşması beynəlxalq birlik üçün gələcək münaqişələrin və beynəlxalq hüquq pozuntularının qarşısının alınmasında önəmli nümunədir. Cinayətlərə göz yumulması ədalətin bərqərar edilməsinə mane ola bilməz. Həqiqi və ədalətli məsuliyyət boş ritorika deyil, anlayışlı hərəkətlər tələb edir.

Məktubda vurğulanır ki, Birləşmiş Krallıq parlamentinin bəzi üzvlərinin bu mövqeyi hazırda iki ölkə arasında cərəyan edən sülh prosesinə mənfi təsir göstərir.

Biz Ermənistanla Azərbaycan arasında keçmiş münaqişə barəsində Birləşmiş Krallıq hökumətinin tarazlı mövqeyini qiymətləndiririk. Beynəlxalq hüququn normalarına və prinsiplərinə uyğun olaraq, Birləşmiş Krallıq həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bununla belə, Birləşmiş Krallıq parlamentinin bəzi üzvləri tərəfindən Azərbaycanın Qarabağ bölgəsinin "Artsax" adlandırılması təkcə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik deyil, həm də Birləşmiş Krallıq hökumətinin keçmiş münaqişəyə dair rəsmi mövqeyinə ziddir və beynəlxalq hüququn kobudcasına pozulmasıdır.

Azərbaycan 30 illik ağrılı-acılı münaqişə səhifəsini çevirməyə və normallaşma istiqamətində irəliləyiş əldə etməyə çalışarkən bu prosesi dəstəkləmək və Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni nəhayət imzalansın deyə Ermənistanı mümkün qədər tez bir zamanda son mühüm addımları atmağa sövq etmək çox vacibdir. Bu, regionumuzda sülhə və firavanlığa nail olmağın yeganə yoludur.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see383

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see357

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see340

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see286

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see283

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see249

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see233

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see210

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see208

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see202

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see200

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see191

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see187

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see187

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see177

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see177

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see176

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see172

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri