Hərbi ekspertdən Türkiyə mediasına irad: Buna təəccüblənməməliyik
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
"Türkiyə mediasında Azərbaycanla bağlı xoşagəlməz məlumatlar paylaşılır. Türkiyə böyük dövlətdir, Türkiyə ictimaiyyətində Azərbaycana əksər hallarda müsbət yanaşmalar var, amma hər zaman olduğu kimi, bəzi xoşagəlməz fikirlər də, məlumatlar da dünən də olub, bu gün də var, sabah da olacaq. Buna biz təəccüblənməməliyik".
Bunu Redaktor.az-a açıqlamasında polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirdi.
Onun sözlərinə görə, ən yüksək səviyyədə həm Azərbaycanla Türkiyə rəhbərliyi arasında, həm də Azərbaycanla İran rəhbərliyi arasında təmaslar, müzakirələr var:
"Baş verənləri iki dövlətin münasibətlərinin korlanmasında maraqlı olan qüvvələri sevindirmək kimi dəyərləndirirəm. Heç vaxt Türkiyə ilə Azərbaycanın arasına nifaq sala bilməzlər, çünki biz həqiqətən də, yəni, iç-içə yaşayan, iç-içə fəaliyyət göstərən dövlətlərik. Hər bir dövlətin öz marağı var, hər bir dövlətin öz yanaşması var, ona görə də mən hesab edirəm ki, bu məsələdə hər iki tərəf öz məsuliyyətini dərk etməlidir. Əlbəttə ki, Türkiyə əhali sayına görə də Azərbaycandan böyükdür, media arealı da Azərbaycandan qat-qat böyükdür, ona görə də bu, diqqətə dərhal çarpır.
Hərbi ekspert hesab edir ki, Türkiyə iki qardaş dövlət arasında nifaq salmaq istəyənlərə qarşı sərt mövqe nümayiş etdirməlidir.
"Əlbəttə ki, Türkiyə bu iki qardaş dövlət arasında nifaq salmaq istəyənləri xəbərdar etməlidir və onlara lazım olan sərt üzünü göstərməlidir. Mən şəxsən hesab edirəm ki, bu da tez bir zamanda olacaq və bu xoşagəlməz, necə deyərlər, vəziyyət də tez bir zamanda aradan qalxacaq".
Aytəkin TOFİQQIZI
Baxış sayı:123
Bu xəbər 16 Oktyabr 2026 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















