Icma.az
close
up
RU
Hərbi əməkdaşlığımız Türk dünyası üçün ilham qaynağıdır ŞƏRH

Hərbi əməkdaşlığımız Türk dünyası üçün ilham qaynağıdır ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Telman Nüsrətoğlu :"Bu əməkdaşlığın parlaq nəticələrini biz Qarabağ Zəfərində gördük"


Prezident İlham Əliyev “RİA Novosti” Agentliyinə verdiyi müsahibəsində aparıcı Dmitri Kiselyovun Azərbaycanda Türkiyənin hərbi bazası ilə bağlı sualını cavablandırıb. Dövlət başçısı D.Kiselyovun “Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı?” sualına belə cavab verib: “Xeyr, qısa desək, lazım deyil. Vaxtaşırı müəyyən mediada belə məlumatların yayımlandığını nəzərə alaraq əgər cavabımı azca genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq edir. Bu hərbi əməkdaşlıq o vaxt başlayıb və bu günə qədər davam edir. 

Təbii ki, zərurətdən asılı olaraq formalar dəyişir, amma deməliyəm ki, bu 30 ildən artıq müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar. Yəni belə yardıma görə türk dostlarımıza çox minnətdarıq”. Ölkə rəhbəri qeyd edib ki, Azərbaycan ilə Rusiya arasındakı Bəyannamədən bir il əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var: “Yəni bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Buna görə də, Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir. Bir daha informasiya müdaxiləsinə qayıdaraq demək istərdim ki, bu gün dünyanın heç bir yerində heç bir hərbi bazanı gizlətmək, demək olar ki, mümkün deyil. Ona görə də bu informasiya müdaxilələri, sadəcə, siyasi möhtəkirlik xarakteri daşıyır". 

Prezident diqqətə çatdırıb ki, Türkiyə ilə hər il 10-dan çox birgə təlim keçirilir: "Yarısı Azərbaycanda, yarısı Türkiyədə və mahiyyətcə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail olmuşuq. Təbii ki, bu, Qafqazda sabitliyin mühüm amilidir. Çünki bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər. Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır. Bunu daha tez dərk edən ölkələr bu gün özlərini daha təhlükəsiz hiss edə bilərlər. Halbuki, müasir dünyada heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz".


Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu "Sherg.az"a deyib ki, Azərbaycan-

Türkiyə hərbi əməkdaşlığı davamlılıq ərz edən və getdikcə dərinləşən, region və qlobal sistem üçün tarazlaşdırıcı əhəmiyyət kəsb edən münasibətlər sistemidir. Alim vurğulayıb ki, cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin və hərbi gücünün artırılmasında Türkiyənin müstəsna rolu olub: 

"Torpaqlarımızın işğaldan azad edilməsi prosesində Azərbaycan Ordusunun şücaəti açıq-aşkar özünü göstərdi. 2 min illik türk hərbi sisteminin, hərbi zəkasının, biliklərinin Azərbaycan Ordusunda əks olunması çox-çox mühüm məqamdır. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı Qafqazda və bütün Türk dünyasında  imperialist dövlətlərin burada öz əməllərini həyata keçirməsinin önündə ən böyük səddir. Eyni zamanda türk dövlətlərinin milli müstəqilliklərinin də qorunması üçün ən mühüm amillərdən biridir. Təsadüfi deyil ki, Şuşa Bəyannaməsində lazım olan anda Azərbaycan və Türkiyə ordusunun vahid ordu kimi hərəkət edə biləcəyi qeyd olunmaqdadır. Yəni bənzəri olmayan ikitərəfli münasibətlərdən söhbət gedir. Ordular çox qısa zamanda təlimlərdə birgə hərəkət qabiliyyətinə yiyələniblər. Bu da ordularımızın yaxınlığını, inteqrasiyasını, iç-içə olduğunu göstərir. Eyni sistem, eyni məfkurəyə malik olduğunu ortaya qoyur. 


T.Nüsrətoğlu əlavə edib ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı Türk dünyası üçün də ilham qaynağıdır: 

"Bu əməkdaşlığın parlaq nəticələrindən biri olaraq biz Qarabağ Zəfərini gördük. Türkiyə NATO-nun ən qüdrətli ordularından biridir. İllər boyu terrorçularla mübarizə aparan, döyüş qabiliyyəti çox yüksək olan bir ordudur. XXI əsrin müharibələrini - dron savaşlarını, kəşfiyyat və elektronik hərbi, süni intellektdən yüksək səviyyədə istifadə edən bir ordudur. Belə bir qardaş ordu ilə sıx əməkdaşlıq bizim üçün də şansdır. Liderlər dəfələrlə qeyd ediblər ki, Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü də Azərbaycanındır. Bu, çox önəmlidir. Nizamsızlıq dövründə güc amilinin beynəlxalq platformalarda daha çox ön plana çıxdığını görürük. Təhlükəsizlik risklərinin artdığı bir dövrdə hərbi əməkdaşlıq böyük önəm kəsb edir. Köklərini tarixin dərinliyindən alan, qardaşlıq ittifaqı adlandıra biləcəyimiz bir ordu regional və qlobal sistemin tarazlığına ciddi təsir göstərəcək amildir". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Dekabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri