Icma.az
close
up
RU
Çinlə əməkdaşlığımız Avrasiya üçün mühümdür

Çinlə əməkdaşlığımız Avrasiya üçün mühümdür

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Azərbaycanın əməkdaşlıq əlaqələrinin dinamik şəkildə inkişaf etdiyi ölkələrdən biri də Çindir. Məlum olduğu kimi, 2023-cü il iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub.

Axar.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, ölkələrimiz arasında 1992-ci il aprelin 2-də diplomatik münasibətlər qurulduqdan dərhal sonra ikitərəfli əməkdaşlıq əlaqələri sürətlə inkişaf etməyə başlayıb və indiyə kimi kifayət qədər səmərəli nəticələr əldə edilib:

"Birgə Bəyannamə, qeyd etdiyimiz kimi, ötən ilin iyulunda Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının 24-cü sammitində Azərbaycan Prezidenti cənab İlham Əliyev və ÇXR-in Sədri Si Cinpin arasında baş tutmuş təkbətək görüşün gedişində imzalanmışdır. Həmin görüş zamanı iki ölkənin rəhbəri əməkdaşlığı gələcəkdə də genişləndirmək, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək, ölkələrimizin ümumi maraqlarını birlikdə müdafiə etmək, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq etmək barədə razılığa gəlmişdilər. Bu gün Avrasiya regionunda cərəyan edən hadisələr bir daha təsdiq edir ki, Azərbaycan-Çin əməkdaşlıq əlaqələri istər qlobal sülh və sabitliyin qorunması baxımından, istərsə də Şərq-Qərb iqtisadi-ticari əlaqələrinin daha da genişləndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. Bütün bu məqamlar cənab Prezident İlham Əliyevin aprelin 21-də Çinin Sinxua agentliyinə verdiyi müsahibədə öz əksini tapmışdır".

Kamaləddin Qafarov Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulduğunu və ölkələrimizin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə böyük hörmətlə yanaşan, müstəqil xarici siyasət yürüdən etibarlı tərəfdaşlar olduğunu xüsusi vurğulayıb:

“Sözsüz ki, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” iki ölkə arasında münasibətlərin yeni səhifəsini açmış oldu. Onu da qeyd etmək lazımdır ki, məhz Azərbaycan ÇXR-in Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. Təsadüfi deyil ki, hələ 2019-cu ilin aprelində Çində keçirilən 2-ci “Kəmər və yol” Forumunda etdiyi çıxışında cənab Prezident İlham Əliyev bildirmişdi ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır. Bu gün Bakı-Tiflis Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi, Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və əlbəttə ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 Aprel 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see254

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see246

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see224

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see222

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see219

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see218

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see213

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see213

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see212

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see208

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see200

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see182

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see177

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see174

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see169

Bakı Tbilisi qatarlarında yenilik 1 noyabrdan

02 Oktyabr 2026 16:12see167

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see159

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see158

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri