Hərbi prokuror şəhidin ailə üzvləri ilə görüşüb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 21 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Baş prokurorunun müavini - Hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri ilə birlikdə şəhid Pəncəli Nurməmməd oğlu Teymurovun ailə üzvləri ilə görüşüb.
Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verlən məlumata görə, görüş zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən şəhid ailələrinə və qazilərə hər zaman diqqət və qayğının göstərildiyi vurğulanıb. Birinci vitse-prezident Mehriban Əliyevanın onlara hər zaman dəstək olduğu diqqətə çatdırılıb.
Görüşdə, həmçinin Vətən müharibəsində əldə edilən tarixi Qələbədən, hərbçilərimizin qəhrəmanlıqlarından və xalqımızın əzmkarlığından bəhs edilib.
Şəhid P. Teymurovun ailə üzvləri daim diqqətdə saxlanıldıqlarına və qayğı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də aidiyyəti dövlət qurumlarına minnətdarlıqlarını ifadə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 21 Avqust 2025 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















