Xaçmazda iki şəhidin ailə üzvləri imtahan verərək attestat alıblar
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xaçmaz, 1 iyul, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonu Qaradağlı kənd sakini şəhid Ağami Əlişanovun anası Dilbər Əhmədova və Manafoba kənd sakini şəhid Tural Ağabəyovun həyat yoldaşı Turanə Ağabəyova eksternat qaydada imtahan verərək tam orta təhsil haqqında attestat alıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Qələmşah Dostuyev attestatları Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə təqdim edib.
Sektor müdiri bildirib ki, hər iki şəxs Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən Xaçmaz rayon ümumtəhsil müəssisələrində işlə təmin olunacaqlar.
D. Əhmədova və T. Ağabəyova Prezident İlham Əliyevin şəhid ailələrinə diqqət və qayğısından razı qaldıqlarını vurğulayıb, həmçinin Elm və Təhsil Nazirliyinə həssas yanaşmaya görə minnətdarlıqlarını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 01 İyul 2025 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















