Hərbi qeydiyyatda yenilik: Valideynlər bu bildirişi gözləsin
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Azərbaycanda 15 yaşı tamam olan oğlanların ilkin hərbi qeydiyyatı prosesi artıq tamamilə "mygov" platformasına köçürülüb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə əməkdaşlığı sayəsində valideynlər övladlarını bu xidmət vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Bu ildən etibarən kağız daşıyıcıda olan ilkin hərbi qeydiyyat vəsiqəsi ləğv edilib və bütün məlumatlar rəqəmsal formada təqdim olunur.
Xidmətdən yararlanmaq üçün valideynlər portalın "Xidmətlər" bölməsində "Hərbi" kateqoriyasına daxil olaraq "İlkin hərbi qeydiyyat" bölməsini seçməlidir. Burada 15 yaşı tamam olmuş övladın məlumatları təsdiqlənir və qısa tərcümeyi-halı sistemə daxil edilir. Xaricdə təhsil alanlar üçün isə müvafiq arayışın əlavə edilməsi tələb olunur. Müraciət göndərildikdən sonra valideynin şəxsi kabinetinə övladının tibbi müayinədən keçməsi ilə bağlı bildiriş daxil olur.
Tibbi müayinələr başa çatdıqdan sonra çağırışaqədərki yaş həddində olan gənc hərbi həkim komissiyasına əyani baxış üçün yaxınlaşmalıdır. Valideynlər müraciətin icra vəziyyətini şəxsi kabinetlərindən canlı izləyə bilərlər. Qeydiyyat prosesi yekunlaşdıqda bu barədə sistem vasitəsilə xüsusi bildiriş göndərilir. "mygov" həm veb portal, həm də mobil tətbiq üzərindən vətəndaşlara hərbi qeydiyyat, həqiqi hərbi xidmət və möhlət hüququ kimi bir çox məlumatı rəqəmsal şəkildə əldə etmək imkanı yaradır.
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Hərbi hissələrdə andiçmə mərasimlərinə valideynlər buraxılmayacaq
11 Fevral 2025 11:08
Valideynlər müəllimlərin sertifikasiya balını GÖRƏ BİLƏCƏK YENİLİK
17 İyun 2025 14:50
Valideynlər üçün yaxşı xəbər “WhatsApp”dan yenilik
05 Fevral 2026 15:21
Məktəblərlə bağlı YENİLİK: “Valideynlər şagirdləri onlayn izləyə BİLƏCƏK”
06 Fevral 2025 15:34
Bu valideynlər həbs ediləcək?
30 Mart 2025 17:52
Baxış sayı:195
Bu xəbər 23 Fevral 2026 14:20 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları