Icma.az
close
up
RU
Bu valideynlər həbs ediləcək?

Bu valideynlər həbs ediləcək?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

İngiltərədə 9 yaşlı qızının ibtidai məktəbini tənqid edən valideynlər saxlanılıb.

“Cebheinfo.az” xəbər verir ki, Maxie Allen və həyat yoldaşı Rosalind Levine, daha əvvəl valideyn “WhatsApp” qrupunda məktəbin direktorunu və idarəçiliyini tənqid etdiklərinə görə Hertfordshire əyalətində yerləşən Cowley Hill ibtidai məktəbinə daxil olmaları qadağan edilib. 

Məktəb rəhbərliyi, "çoxsaylı yazışmalar və ictimai sosial media paylaşımlarının" personal, valideynlər və idarəçilər üçün çətin vəziyyət yaratdığını iddia edərək, polisə müraciət etdiyini açıqlayıb.

Hertfordshire polisi bildirib ki, bu cür məsələlərdə araşdırmaların tam aparılması üçün həbs olunmalar adi prosedurdur. Lakin əlavə araşdırmalardan sonra "kifayət qədər sübut olmadığından əlavə tədbir görülməməsi" qərara alınıb.

"Times Radio"nun işçilərindən biri olan Allen, 29 yanvarda altı polis əməkdaşının evlərinə gəldiyini bildirərək, "Bu əməliyyat nəyə görədir? Bir terror qrupumu aşkar ediblər, yoxsa narkotik anbarınımı basqın edirlər? Xeyr, sadəcə məktəblə problemləri olan iki valideynik", - deyə "Sky News"a müsahibəsində qeyd edib.

Allenin may ayında məktəbə yeni bir direktorun təyin olunması üçün müraciət etdiyi, lakin tələbinin rədd edildiyi bildirilir.

Bunun ardından məktəb rəhbərliyi sosial mediada yayılan "təhrikedici və böhtan xarakterli" şərhlər barədə valideynlərə məktub yazaraq, nizam-intizama xələl gətirən hər kəsə qarşı tədbir görüləcəyini bildirib.

"The Times"ın məlumatına görə, Allen və Levine “WhatsApp” qrupunda bu xəbərdarlıqlara inanmadıqlarını bildiriblər və bundan sonra məktəb onların binaya girişini qadağan edib.

Qadağadan sonra isə onlar, fiziki məhdudiyyətləri olan qızlarının ehtiyacları ilə bağlı məktəbə mütəmadi olaraq e-poçt göndərdiklərini bildiriblər.

Məlumata görə, dekabr ayında bir polis məmuru ailəni xəbərdar edərək qızlarını məktəbdən götürmələrini tövsiyə edib. 

Ailə bunu yanvar ayında, həbs olunmalarından bir həftə əvvəl həyata keçirib.

Levine "Sky News"a açıqlamasında hadisənin onun üçün "izaholunmaz" olduğunu qeyd edib:

"Nə baş verdiyini anlaya bilmirik, bunun heç bir məntiqi yoxdur. Sadəcə “WhatsApp” qrupunda bir qədər zarafat etdik və sonra həbs olunduq".

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Mart 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1064

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see378

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see377

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see342

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see240

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see235

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see220

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see218

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see204

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see199

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see197

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see195

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see188

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see187

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see179

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see177

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see172

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see171

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see168

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri