Hərbi qulluqçular arasında voleybol üzrə birinciliyə start verilib
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 28 oktyabr, AZƏRTAC
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, Müdafiə Nazirliyinin baş idarə və idarələri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi qulluqçuları arasında 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin 5 illiyinə həsr olunmuş voleybol üzrə birincilik start götürüb.
Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin açılış mərasimində əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni ifa olunub.
Mərkəzi Ordu İdman Klubunun bazasında keçirilən birincilikdə hərbi qulluqçular 11 komanda üzrə mübarizə aparacaqlar.
Açılış mərasimində çıxış edənlər Müdafiə Nazirliyinin rəhbərliyi adından iştirakçılara uğurlar arzulayıb, belə yarışların keçirilməsinin mahiyyətindən danışaraq idmanın döyüş hazırlığının ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıblar.
Noyabrın 7-dək davam edəcək yarışların yekununda qalib komandalar diplom, fəxri fərman və medallarla mükafatlandırılacaqlar.
Baxış sayı:75
Bu xəbər 28 Oktyabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















