Hərbi qulluqçulara daimi mənzillər verilib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" müvafiq Fərmanının icrasının təmin edilməsi məqsədilə hərbi qulluqçulara daimi mənzillərin verilməsi üzrə həyata keçirilən fəaliyyətlər davam etdirilir.
APA xəbər verir ki, 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçulara və ya onların varislərinə) Sumqayıt şəhərində yerləşən MİDA Yaşayış Kompleksindəki mənzillər təqdim olunub.
Qeyd edək ki, mənzil təminatı proqramı mərhələli şəkildə həyata keçirilir və hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 10 May 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















