Hərbi qulluqçuların maaş və pul təminatında DƏYİŞİKLİK
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Hərbi qulluqçuların pul təminatı qaydalarında dəyişiklik edilib.
Milli.Az xəbər verir ki, bu, "Hərbi qulluqçuların statusu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.
Yeni qanuna əsasən, hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi (müvafiq icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanın rəhbəri, müavini və əməkdaşları, habelə müvafiq icra hakimiyyəti orqanında hərbi xidmət vəzifəsində qulluq keçən dövlət qulluqçularına münasibətdə isə yalnız aylıq vəzifə və rütbə maaşı) almaq hüququ var.
Həmçinin, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından, habelə müvafiq icra hakimiyyəti orqanının rəhbəri və onun müavinlərindən, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanın rəhbəri, müavini və əməkdaşlarından, habelə müvafiq icra hakimiyyəti orqanında hərbi xidmət vəzifəsində qulluq keçən dövlət qulluqçularından başqa) hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir.
Daha əvvəl yuxarıda qeyd edilən istisnalar qanunda nəzərdə tutulmamışdı./Trend.Az
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 28 Mart 2026 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















