“Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik ediləcək
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Oktyabrın 6-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib.
Newscenter.az xəbər verir ki, komitə sədri Arzu Nağıyev gündəliyə iki məsələnin daxil edildiyini bildirərək, hər iki qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarıldığını deyib.
Birinci məsələ - "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və "Diplomatik xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verən komitə sədri qeyd edib ki, sənəd pensiya təminatı mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
İkinci məsələ - Vergi Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumatda vurğulanıb ki, dəyişikliklərdə xüsusi xidmət orqanlarında xidmət keçən şəxslərin təminat məsələlərinin, habelə yeni xidmət yerinə köçmə xərclərinin ödənilməsi qaydalarının təkmilləşdirilməsi təklif olunub.
İclasda müzakirəyə çıxarılan qanun layihələri ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Tədbirdə komitə sədrinin müavini Qüdrət Həsənquliyev, üzvləri Kamal Cəfərov, Erkin Qədirli, Rizvan Nəbiyev, Gülşən Paşayeva, Səbinə Salmanova, Samir Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Süleyman
Bu mövzuda digər xəbərlər:“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi hazırlanacaq
23 Yanvar 2025 16:06
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişiklik ediləcək AZƏRTAC
23 Yanvar 2025 16:30
Hərbi qulluqçuların maaşlarının məbləğində dəyişiklik...
11 Mart 2026 13:09
Hərbi xidmət haqqında qanuna dəyişiklik edilir
16 Oktyabr 2025 08:36
Hərbi qulluqçuların pensiyalarında dəyişiklik olacaq? RƏSMİ
14 İyul 2025 10:52
Baxış sayı:114
Bu xəbər 07 Oktyabr 2026 00:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















