Icma.az
close
up
RU
Hərbi xidmətdə güllə yarası aldı, əmək qabiliyyətini itirdi, əlillik dərəcəsi verilmir

Hərbi xidmətdə güllə yarası aldı, əmək qabiliyyətini itirdi, əlillik dərəcəsi verilmir

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Ucar sakini Məhəmmədəli Qasımov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayətçidir

Ucar rayonu, Pirkənd kənd sakini Qasımov Məhəmmədəli Rafik oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Prezident!

Bu şikayətimdə yazıb bildirirəm ki, mən hərbi xidmət zamanı güllə yarası almışam. Nəticədə sol böyrəyim, dalağım və bağırsaqlarımdan 30 sm kəsilərək götürülüb. Buna görə əmək qabiliyyətimi itirsəm də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi mənə əlillik dərəcəsi təyin edilməsindən qanunsuz olaraq imtina edib.

Belə ki, 15.01.2022-ci il tarixdə həqiqi hərbi xidmtə aparılmışam. Laçında yerləşən N saylı hərbi hissədə hərbi xidmət keçmişəm. Hərbi xidmətimi başa vurmağıma 10 gün qalmış - 20.06.2023-cü il tarixdə postda olan zaman əsgər yoldaşımın ehtiyatsızlqdan əlindən silah açılması nəticəsində güllə (5x45) yarası aldım. Bundan sonra hərbi hospitala çatdırılıb, müxtəlif vaxtlarda 2 dəfə cərrahiyyə əməliyyatı olundum. Sol böyrəyim, dalağım və bağırsağımdan 30 sm kəsilərək götürüldü. Uzun müddət “kalastoma” ilə hərəkət etmişəm.

Hərbi xidmətimin müddəti bitsə də, 40 gün hərbi hospitalda stasionar müalicə olundum. Aldığım ağır xəsarətə görə dinc və müharibə dövründə hərbiyə yararsız olmuşam. Buna dair sənədlərdə də qeyd edilib ki, əmək qabiliyyətimi itirmişəm. Adi əşyanı belə qaldıra bilmirəm.

Ağır yaralanıb, xəstə olub əmək qabiliyyətimi itirməyimə baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyimənə əlillik dərəcəsi təyin olunmasından qanunsuz imtina edilib.

Mən bu imtinanı qanunsuzluq və özbaşınalıq hesab edirəm. Çünki mən kiməsə rüşvət verib xəstəlik sənədi almamışam. Mənim xəstəliyim saxta, yalan deyil. Mən güllə yarası alıb, ağır yaralanmışam, bir böyrəyim, dalağım və bağırsağımın bir hissəsi cərrahiyyə edilərək götürülüb, yarıcan qalmışam. Yeriyəndə halsız oluram, əmək qabiliyyətim yox dərəcəsindədir. Bu səbəbdən, mənə qeyd-şərtsiz əlillik dərəcəsi təyin olunmalıdır.

Sizdən xahiş edirəm ki, şikayətmi obyektiv araşdırılmasına və mənə qanunu qaydada əlillik dərəcəsi təyin olunmasına köməklik göstərəsiniz”.

Jalə FAMİLQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Fevral 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see160

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see138

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri