Hərbi xidmətə gedən işçi qayıtdıqdan sonra öz işində işləməyə davam edə bilərmi?
Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Hərbi xidmətə yollanan işçilərlə bağlı əmək münasibətlərində xüsusi hüquqi təminatlar tətbiq olunur. İşçinin hərbi xidmətə çağırılması onun əmək hüquqlarının itirilməsi demək deyil. Qanunvericilik hərbi xidmət dövründə iş yerinin qorunmasını və xidmətdən qayıtdıqdan sonra işçinin əvvəlki və ya ona bərabər vəzifədə fəaliyyətini davam etdirməsini təmin edir. Bəs bu hüquqlar hansılardır?
Mövzu barədə hüquqşünas Əlövsət Allahverdiyev Banco.az-a bildirib ki, bu, Əmək Məcəlləsinin 74 və 77-ci maddələri ilə tənzimlənir:
"74-cü maddəyə görə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda;
ə) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə.
Hüquqşünas qeyd edib ki, 77-ci maddəyə əsasən isə qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır:
"Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər".
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 07 Yanvar 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















