Icma.az
close
up
RU
İşçi hərbi xidməti bitirdikdən sonra öz vəzifəsinə qayıda bilərmi?

İşçi hərbi xidməti bitirdikdən sonra öz vəzifəsinə qayıda bilərmi?

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Azərbaycan qanunvericiliyində hərbi xidmətə gedən işçilərin əmək hüquqları ilə bağlı müəyyən təminatlar nəzərdə tutulur. Həqiqi hərbi xidmətdə olan işçinin əmək hüquqları necə təzimlənir? İşçi hərbi xidmətdən qayıtdıqdan sonra işinə davam edə bilər?

Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz  Əkbərov  Moderator.az-a açıqlamasında deyib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin Məcəllənin 74-cü maddəsinə əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir:

“a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda;

ə) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə.

Əmək Məcəlləsinin 77-9-cu maddəsində isə əmək müqaviləsinə xitam verilən işçilərin təminatları təsbit edilib. Həmin maddədə göstərilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.

- işçi hərbi xidmətə çağırıldıqda əmək müqaviləsinə Əmək Məcəlləsinin 74(a) maddəsinə əsasən xitam verilir;

- hərbi xidmət məsələləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla tənzimlənilir;

- hərbi xidmətin növlərindən biri də müddətli həqiqi hərbi xidmətdir;

- müddətli həqiqi hərbi xidmət hər il 4 dəfə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidmətə çağırılmasıdır;

- Əmək Məcəlləsinin yuxarıda istinad etdiyimiz maddələrinə görə, ümumi hərbi xidmətə çağırılanlara yox, müddətli həqiqi hərbi xidmətə getmiş işçilərə xüsusi təminatlar verilir;

- müddətli həqiqi hərbi xidmətə gedən işçilərin iş yeri və vəzifəsi saxlanılır;

- həmin işçilər hərbi xidmətdən sonra 60 təqvim günü müddətində həmin vəzifəyə və ya analoji vəzifəyə qayıda bilər”.

Hüquqşünas qeyd edib ki, işəgötürən işçinin həqiqi hərbi xidmətdə olduğu müddətdə həmin vəzifəyə başqa bir şəxs müddətli və ya müddətsiz işə qəbul edilə bilər:

“Əsgərlikdə olan işçinin yerinə müddətsiz işçi qəbul edildikdə əsgərlikdən qayıdan işçi analoji vəzifəyə təyin edilir.

Əmək Məcəllənin 74-cü maddəsi tərəflərin iradəsindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilməsinin əsaslarını təsbit edir. Belə ki, 74(ə) maddəsi də əmək müqaviləsinin xitamı ilə bağlıdır və xitamın nəyə əsaslandığını bildirir.

Əmək Məcəlləsinin 77.9-cu maddəsinə görə, müddətli həqiqi hərbi xidmətə gedən işçinin iş yeri və vəzifəsinin saxlanılması işəgötürənin öhdəliyidir. Eyni zamanda, işçi hərbi xidmətdən qayıdan zaman öz iş yerinə və vəzifəsinə qayıtmaq istədikdə işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Bu hal işəgötürən həmin vəzifəyə başqa bir şəxsi təyin etdikdə və həmin vəzifədə başqa bir şəxsin işləməsinə israrlı olduqda baş verir.

Həmin vəzifənin ümumiyyətlə ştatda olmadığı hal da mümkündür. Yəni ola bilər ki, işəgötürən həmin vəzifəyə başqa bir işçini qəbul etdiyinə görə müddətli hərbi xidmətdən qayıdan işçinin həmin vəzifəyə yenidən qaymasını istəməsin. Bu halda işəgötürən müddətli həqiqi hərbi xidmətdən qayıdan işçini analoji bir vəzifəyə təyin etməlidir. Hərbi xidmətdən qayıdan işçi bununla razılaşmadıqda isə digər təminatlarla, Əmək Məcəlləsinin digər maddələrinə əsasən işdən azad edilə və ya öz razılığı ilə başqa bir vəzifəyə keçirilə bilər.

Nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 74 (ə) maddəsi işəgötürənə işçi iş yerində olmadığı müddətdə onun vəzifəsinə daha yaxşı bir mütəxəssis cəlb etmək və həmin mütəxəssisi saxlamaq hüququnu verir. Bununla yanaşı, vəzifə ümumiyyətlə olmadıqda işəgötürənin işçini yenidən işə qəbul etməmək hüququ da saxlanılır”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:247
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Oktyabr 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri