Icma.az
close
up
RU
Hərbi xidmətə yararsız şəxslər müalicəyə cəlb olunacaq AÇIQLAMA

Hərbi xidmətə yararsız şəxslər müalicəyə cəlb olunacaq AÇIQLAMA

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Artıq hərbi xidmətə müəyyən xəstəliklər səbəbindən yararsız hesab edilən şəxslər müalicəyə cəlb olunur ki, prinsip etibarilə bu yanaşma müsbət qiymətləndirilir. Lakin son vaxtlar hərbi xidmətdən möhlət hüququ olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi ekspertiza və reabilitasiya mərkəzlərində yenidən komissiyadan keçirilir. Bu isə bəzi suallar doğurur, çünki uzun illər müalicə alan şəxslər yenidən qısa müddətli möhlət alırlar".
Bunu Demokrat.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
O, bildirib ki, belə hallarda, şəxs xəstəliyi olduğu halda dəfələrlə müayinə olunur, dövlət onun müalicə və qalma xərclərini ödəyir, lakin nəticədə uzun müddətli möhlət verilmir:
"Bu prosesin Səhiyyə Nazirliyi, TƏBİB, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti arasında koordinasiya ilə tənzimlənməsi vacibdir".
Ekspert bildirib ki, digər tərəfdən, əgər müalicədən yayınan şəxslər varsa və xəstəliyi olmadığı açıqdırsa, bu hallara qarşı sərt tədbirlər görülməlidir:
"Belə şəxslər qanunvericiliyə uyğun inzibati və, lazım gələrsə, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki bu, vətəndaşın Konstitusiyada təsbit olunmuş vəzifəsindən yayınması deməkdir. Hesab edirəm ki, cəmiyyət, xüsusilə Azərbaycan vətəndaşları, qanuna riayət etməyə öyrəşməlidir. Xəstəliyi olmayan şəxslər özlərini gizlətməməli, xəstəliyi olanlar isə çağırışa vaxtında getməli və tibbi müayinələrdən keçməlidirlər. Dövlətin və vətənin müdafiəsi ilə bağlı hallarda sübut və faktlar varsa, ən sərt cəzaların tətbiq olunması tərəfdarıyam, lakin əsaslar yoxdursa, şəxsin hüquqları qorunmalıdır".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Dekabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see342

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see331

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see223

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see199

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see194

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see192

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see182

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see175

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see173

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see172

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see168

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see137

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri