Icma.az
close
up
RU
Herpes virusu və onunla mübarizə yolları

Herpes virusu və onunla mübarizə yolları

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ən geniş yayılan viruslardan biri də herpesdir. “Herpes” yunan dilindən tərcümədə sürünən mənasını verir. Hüceyrədaxili virus dəridə sinir uclarında oturur və aylarla gizli qalır.

İmmun sistemi zəiflədiyi vaxtlarda aktivləşərək özünü büruzə verir. İnsan və heyvan orqanizmi üçün 90-dan artıq patogen növə malikdir.

Mərkəzi Gömrük Hospitalının həkim-dermatoloqu Sevinc Kərimovanın AZƏRTAC-a verdiyi məlumata görə, sinir hüceyrələrində yerləşən herpesin 8 tipi var və onlardan üçünə daha çox rast gəlinir: “Əhali arasında uçuq adlandırılan herpesin bir növü əsasən dodaqlarda, burun qanadlarında, üzün yanaq nahiyəsində daha çox rast gəlinir. Herpesin nisbətən geniş yayılan daha bir növü uşaqlarda özünü suçiçəyi, böyüklərdə kəmərləyici dəmrov şəklində büruzə verir”.

Bəzi insanlarda ildə iki–üç dəfə, bəzilərində isə həyatı boyu bir dəfə uçuq çıxır. İnkubasiya dövrü 7-10 gün davam edir. Hava-damcı yolu və təmasla keçən virus əhval-ruhiyyənin pisləşməsi, iştahasızlıq, bədən hərarətinin yüksəlməsi və əzginliklə müşahidə olunur.

Həkim-dermatoloqun dediyinə görə, aparılan müalicələr virusların yox edilməsinə deyil, qabaqlayıcı, ya da xəstəliyin təsirini azaltmaq məqsədi daşıyır: “İmmun sistemini gücləndirmək, qida rasionunu tənzimləmək onun profilaktikasında əsas vasitə sayılır.

Əsasən meyvə-tərəvəz, minerallarla zəngin qidalar qəbul etmək lazımdır. Bundan başqa virus əleyhinə preparatlardan da istifadə olunur. Antiviral preparatların heç biri dəriyə yoluxan herpesi məhv etməyə tam təminat vermir. Lakin ilkin yoluxma zamanı herpesin kəskin vaxtı düzgün müalicə aparılanda müəyyən qədər həmin virusdan azad olmaq mümkündür”.

Bir dəfə herpesə yoluxması onun ömürlük orqanizmdə qalması üçün kifayətdir. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına əsasən dünyada 3,7 milyard insanda herpes virusu var.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see322

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see309

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see306

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see301

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see297

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see264

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see261

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see225

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see219

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see199

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see197

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see197

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see178

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see156

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see155

Hülya Avşardan Erkan Petekkayaya CAVAB: Kədərlənmə, çox əyləndim

13 Oktyabr 2026 17:18see155

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri