Icma.az
close
up
RU
Herpes haqda biməkdikləriniz faktlar

Herpes haqda biməkdikləriniz faktlar

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Ümumdünya Səhiyyə Təşkilatının 2015 ildə dərc olunmuş məlumatlarına əsasən bütün dünyada yaşayan 3,7 mlrd. insanda herpes virusu var.

Saglamolun.az xəbər verir ki, bu dünyada yaşayan insanların təxminən 67%-ni təşkil edir.

Dəyişkən havada (isti günlər soyuq günlərlə növbələşdikdə və əksinə) doqaqlarda herpes səpgiləri olan insanların sayı çoxalır. İnsanların əksər hissəsi bu infeksiya haqda bixəbərdir və ya onların herpeslə bağlı yanlış məlumatları var. Bu məqalədə biz herpeslə bağlı olan bəzi yanılmaları sizə təqdim etmək istərdik.

1. Herpes keçici deyil.

Bu yanılmadır. Təbii ki, xəstəliyin kəskinləşməsi zamanı (dodaqlarda səpgilər olduqda) yoluxmanın ehtimalı artır. Lakin hətta gizli formada keçən bu infeksiya (səpgilər və s. yoxdur) bir insandan digərinə çox asanlıqla keçir. Herpes bir insandan digərinə öpüşmə, eyni qab-qacaq, pomada və s. ilə istifadə etdikdə, cinsi yolu ilə keçə bilər. Həmçinin körpə doğuş yollarından keçdikdə anadan da yoluxa bilər.

2. Herpes soyuqdəymənin əlamətidir.

Bu da yanılmadır. Herpes müstəqil bir xəstəlikdir. Bu xəstəlik sədə herpes virusu tərəfindən törədilir. Herpesin bir neçə növü var.

Bu virus əsasən soyuqdəymə, bəzən isə güclü stress, yorğunluq və immunitetin istənilən səbəbə görə zəiflənməsi nəticəsində kəskinləşə bilər.

3. Soyuqdəymə zamanı səpgilər əmələ gəlibsə, insan sağalır (xəstəlik "çölə çıxır").

Əksinə bu o deməkdir ki, xəstəlik insanın immunitetini zəiflədib və nəticədə herpes infeksiyası orqanizmdə "oyanıb".

4. Səpgilər keçibsə, herpes də keçib.

Təəssüf ki, bu belə deyil. İnsan herpesə yoluxubsa, virus onun orqanizmində ömrünün sonuna kimi qalacaq.

5. Herpes səpgilərini müalicə etmək üçün onları yod, "zelyonka", spirt kimi vasitələrlə yandırmaq lazımdır.

Əksinə bunu etmək olmaz. Nə yod, nə də zelyonka herpesə təsir etmir. Bu üsulla siz yalnız dərinizi yandıracaqsınız. Herpesin yüngül formalarında müalicə üçün xüsusi dərman "atsiklovir" (məlhəm şəklində) istifadə olunur. Səpgilər tez-tez əmələ gəlirsə, immun sisteminin fəaliyyətini yaxşılaşdıran, ümumimöhkəmləndirici vasitələrdən istifadə olunur.

6. Herpes təhlükəli virus deyil.

Əksinə, herpes çox təhlükəli virusdur. Sadə herpes virusu sinir hüceyrələrinə daxil olur və burada yaşayır. Bu səbəbdən herpes infeksiyası sinir toxuması olan istənilən orqanlarda fəsadlar törədə bilər.

Herpesin bir neçə növləri var. Onlardan ən təhlükəsi herpes zoster sayılır. Herpes Zoster güclü ağrılara, hərarətin artmasına səbəb olur, sinirlər zədələnir və insan hətta əlil qala bilər.

Herpes virusu insanın mərkəzi sinir sistemini zədələyə bilər. Dağılmış skleroz kimi tanınan ağır sinir sistemi xəstəliyinin səbəblərindən biri herpes sayılır. Herpes ağ ciyər, gözlər, qara ciyər, bağırsaqlar, böyrəklər, daxili cinsiyyət orqanlarında xəstəliklərə səbəb ola bilər. Herpes hətta bəzi xərçəng növlərinin inkişafına təkan verə bilər. Bütün bunlar əksər hallarda insanın immun sisteminin kəskin zəifləməsi fonunda baş verə bilər. İnsanın immuniteti güclüdürsə, immun sistemi orqanizmdə yaşayan istənilən virus və mikrobların çoxalmasının qarşısını alır.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:328
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 02:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri