Icma.az
close
up
RU
Hərrac adı ilə 7500 manatlıq dələduzluq: Məhkəmə qərar verdi

Hərrac adı ilə 7500 manatlıq dələduzluq: Məhkəmə qərar verdi

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Kürdəmir rayonunda avtomobil almaq istəyən şəxs dələduzluqla üzləşib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Azad etibardan sui-istifadə etmə və aldatma yolu ilə 1981-ci il təvəllüdlü Kürdəmir rayonu, Muradxan kəndində yaşayan İsmətə 7500 manat müqabilində hərracdan ucuz avtomobil alacağı barədə inandıraraq yalandan vəd edib. O, İsmətin hissə-hissə olmaqla ümumilikdə 7500 manatı  alaraq ələ keçirib. 
Azadın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş İsməti ot daşıma fəslindən tanıyır: “2024-cü il tarixdə Kürdəmir rayonu, Muradxan kəndində İsmətə məxsus ot tayalarını daşımaq üçün həmin kəndə getmişəm. Kənddə olan zaman İsmətlə söhbət zamanı o, Pikap modelli avtomobili almaq istəməsini dedi. Ona hərracdan da ucuz avtomobil ala biləcəyini bildirdim. İsmətdə fikirləşərək bir cavab deyəcəyini dedi”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Türkiyə Respublikasında olan zaman İsmətə zəng edib və ona Gürcüstan Respublikasına keçdiyini, avtomobil istəyib-istəmədiyini soruşub: “İsmət mənimlə razılaşdı. Sonra İsmətdən bank kartıma 7500 manat göndərməsini istədim. İsmət də avtomobil alınması üçün 7500 manat göndərdi. Həmin pulu şəxsi ehtiyaclarım üçün xərcləmişəm. Sonra həmin pulu İsmətə qaytarmağı düşünsəm də, maddi imkanım olmadığından pulu İsmətə qaytara bilməmişəm”.
Bu işə Kürdəmir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmündə qeyd olunub ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıb, dəymiş ziyanı tamamilə  ödəyib. 
Bundan əlavə təqsirləndirilən şəxsin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi ilə müəyyən edilib. 
Bununla əlaqədar təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, məhkəmə iclas zalından dərhal azad edilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Noyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see181

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri