Icma.az
close
up
RU
Məhkəmə 1.5 milyonluq manatlıq dələduzluq edən şəxslə bağlı qərar verdi

Məhkəmə 1.5 milyonluq manatlıq dələduzluq edən şəxslə bağlı qərar verdi

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda bir neçə mənzili ayrı-ayrı vətəndaşa sataraq dələduzluq etməkdə təqsirləndirilən Xanlar Cəfərovun barəsindəki hökmdən apellyasiya şikayətinə baxılıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə prosesdə qərar oxunub.
Qərara görə şikayət təmin olunmayıb.
Qeyd edək ki, istintaq materiallarında qeyd olunub ki, X.Cəfərov 2014-cü ildən 2019-cu ilədək "Avro Qrand" MMC-nin direktoru vəzifəsində işləyib. O, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə MMC tərəfindən paytaxtın Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 ünvanında inşa olunan qeyri-yaşayış sahəsinin 150 kv/m-ni 27.05.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Zahid Cəfərova satıb. Lakin şirkət rəhbəri həmin qeyri-yaşayış-sahəsini 2016-cı il tarixdə Rövşən Ələkbərova sataraq ondan 170 min 910 manat pul alıb.
Bundan başqa, X.Cəfərov "Avro Qrand" MMC ilə "Xələfli" MTK arasında bağlanmış müqaviləyə əsasən MTK-nın sifarişi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21-ci məhəllədə sözügedən MMC tərəfindən inşa olunan binanın sahəsi 86 kv/m-lik mənzilini "Xələfli" MTK-ya məxsus olduğunu bilməsinə baxmayaraq, Rövşən İsmayılova ilkin ödəniş kimi 8 min 500 manat, daha sonra isə 25 min manat pula satıb.
Bundan əlavə, o, digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək "Avro Qrand" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H. Aslanov 21 ünvanında inşa edilmiş binanın sahəsi 69 kv/m-lik mənzilini Fikrət Ovçiyevə satıb. Lakin şirkət rəhbəri sözügedən mənzili Vəli Tanrıverdiyevə 35 min manat pula təkrar satıb.
Eyni zamanda, X.Cəfərov "Avro Qrand" MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi 10 ünvanında inşa edilmiş binanın sahəsi 98 kv/m-lik mənzilini Rafiq Əbilova satıb. Amma buna baxmayaraq, o, həmin mənzili Babək Vəliyevə 75 min manata sataraq dələduzluq edib.
X.Cəfərov eyni əməllə Kamil Qədirova satdığı mənzili Elvin Bayramova 60 min manata, Həsən Əliyevə məxsus mənzili, Rasim İsmayılova 35 min manata, Rəhman Yusifova məxsus mənzili Tahir İsayevə 73 min manata, Şamil Nəcəfova məxsus mənzili Rauf Paşayevə 18 min manata, Elnur Balakişizadəyə məxsus mənzili Xəzər Əliyevə 62 min manata, Sultan Sultanova məxsus mənzili Rəcəf Orucova 48 min manata və Hikmət Bağırova məxsus mənzili isə Rüfət Qurbanova 47 min 600 manata satıb.
İş üzrə 12 zərərçəkmiş var. Onlara ümumilikdə 1 milyon 500 min manat məbləğində ziyan dəyib.
İstintaq dövründə ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq, 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Cəfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. O, daha əvvəl də eyni əmələ görə həbs olunub və məhkumluq həyatı yaşayıb.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Dekabr 2024 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see246

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see202

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see174

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see144

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see143

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see141

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see133

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see132

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see128

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see123

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see123

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see123

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see123

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see122

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see121

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri