Icma.az
close
up
RU
Hesabat: AYİB regionunda iqtisadi artım yavaşlayıb

Hesabat: AYİB regionunda iqtisadi artım yavaşlayıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 iyun, AZƏRTAC

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) regionlar üzrə ümumi iqtisadi artımın 2025-ci ildəki 3,4 faizdən 2026-cı ildə 3,1 faizə düşəcəyini və 2027-ci ildə 3,6 faizə çatacağını gözləyir.

AZƏRTAC xəbər verir ki, AYİB-in son “Regional iqtisadi perspektivlər” hesabatında Yaxın Şərqdəki münaqişənin kəskinləşməsi regional perspektivə əsas zərbə kimi qiymətləndirilib.

AYİB regionu Mərkəzi Avropadan Mərkəzi Asiyaya, Cənubi və Şərqi Aralıq dənizindən Saharaaltı Afrikaya qədər geniş bir ərazini əhatə edir. Hesabata görə, neft və qaz qiymətlərinin artması, Hörmüz boğazından keçən gəmiçilikdə fasilələr və Avropa ilə ABŞ-nin enerji xərcləri arasındakı artan fərq rəqabət qabiliyyətinə və zəif iqtisadi impulsa mənfi təsir göstərir.

Avropada elektrik enerjisi qiymətləri ABŞ-yə nisbətən xeyli yüksək olaraq qalır və bu da sənaye istehsalında daha az enerji tələb edən sektorlara doğru struktur dəyişikliklərini gücləndirir. Həm inkişaf etmiş Aİ iqtisadiyyatlarında, həm də AYİB-in Avropa iqtisadiyyatlarında zəif göstəricilər davam edir.

2026-cı ilin birinci rübündə regionlar üzrə illik artımın 2,9 faiz olduğu təxmin edilir. Misir, Qazaxıstan, Rumıniya, Türkiyə və Ukraynada gözləniləndən daha zəif nəticələr qeydə alınıb.

AYİB iqtisadiyyatlarının təxminən üçdə ikisi enerji vergilərinin azaldılması və hədəf subsidiyalar da daxil olmaqla istehlakçıları dəstəkləmək üçün siyasət tədbirləri tətbiq edib.

Qlobal ticarət gərginliyinin artması fonunda ABŞ-nin idxal tarifləri 2025-ci ildə kəskin şəkildə artıb və bu da qlobal ticarət axınlarının yenidən istiqamətləndirilməsinə səbəb olub.

Süni intellektlə əlaqəli təchizat zəncirlərinin genişlənməsi qlobal miqyasda böyüməni dəstəkləməyə davam edir. Belə ki, AYİB iqtisadiyyatları süni intellekt təchizat zənciri ixracında daha sürətli artım qeydə alıb.

Hesabatda qeyd olunub ki, 2026-cı ilin fevral-aprel ayları arasında orta inflyasiya 1,2 faiz bəndi artaraq 6,4 faizə çatıb. Bu tendensiya enerji və ərzaq qiymətlərinin artması ilə əlaqədardır. Valyutalarının ABŞ dollarına nisbətən dəyərdən düşməsi bəzi iqtisadiyyatlara əlavə təzyiq yaradıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri