Böyük Britaniyada iqtisadi artım yavaşlayıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
London, 13 avqust, AZƏRTAC
Böyük Britaniya iqtisadiyyatında artım ilin ikinci rübündə yavaşlayıb.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, aprel-iyun aylarında ölkə iqtisadiyyatı 0,4 faiz böyüyüb.
Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) açıqladığı məlumatlara əsasən, ilin ilk rübündə iqtisadi artım 0,6 faiz təşkil etmişdi. İqtisadi artım tempinin zəifləməsinə ABŞ-İran müharibəsinin qlobal maliyyə bazarlarına təsiri fonunda baş verən proseslərin də təsir etdiyi bildirilir.
ONS-in iqtisadi statistika üzrə direktoru Liz MakKeoun bildirib ki, ikinci rübdə iqtisadi artım yavaşlasa da, nisbətən dayanıqlı olaraq qalıb. Onun sözlərinə görə, iyun ayında da iqtisadi artımın əsas hərəkətverici qüvvəsi xidmət sektoru olub. Bəzi müəssisələr əlverişli hava şəraiti və idman tədbirlərinin həmin ay fəaliyyətə müsbət təsir göstərdiyini bildiriblər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 13 Avqust 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















