Icma.az
close
up
RU
Hesabat: Cəmi 32 ölkədə süni intellektlə bağlı məlumat mərkəzi mövcuddur

Hesabat: Cəmi 32 ölkədə süni intellektlə bağlı məlumat mərkəzi mövcuddur

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 iyun, AZƏRTAC

Süni intellekt (AI) qlobal innovasiyaların əsas amilə çevrilir. Beləliklə, ölkələrin uğurlu inkişafı üçün istedadlı mütəxəssislər və orijinal ideyalar kifayət etmir; AI ilə işləmək üçün avadanlıqların mövcudluğu da lazımdır. Oksford Universiteti alimlərinin apardığı araşdırmalara görə, dünyanın yalnız otuza yaxın ölkəsində süni intellektlə bağlı ixtisaslaşmış məlumat mərkəzləri var və onların əksəriyyəti Şimal yarımkürəsində yerləşir. Eyni zamanda, ölkələrin əhəmiyyətli bir hissəsinin bu cür texnologiyalara çıxışı yoxdur.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, hesabatda süni intellektdən istifadə edən məlumat mərkəzlərinin 90 faizdən çoxunun təkcə ABŞ və Çində yerləşdiyi vurğulanır. AWS, “Microsoft” və “Google” kimi ABŞ-ın texnologiya nəhəngləri dünya üzrə 87 böyük süni intellekt məlumat mərkəzini idarə edir. Eyni zamanda, Çin şirkətləri 39 obyektə, Avropa şirkətləri isə cəmi altı obyektə nəzarət edir. Afrika, Cənubi Amerika və Rusiya bu xəritədə praktiki olaraq təmsil olunmur.

Dünyanın 150-dən çox ölkəsində süni intellekt üçün adekvat məlumat mərkəzi infrastrukturu yoxdur ki, bu da onların AI texnologiyalarını inkişaf etdirmək, elmi tədqiqatlar aparmaq və iqtisadi artımı təmin etmək imkanlarını təhlükə altına qoyur. Bundan əlavə, əhəmiyyətli bir cəhət - texnoloji suverenlik məsələsi də gündəmdə durur. Bir çox ölkələr icarəsi əhəmiyyətli maliyyə xərcləri tələb edən və xarici yurisdiksiya çərçivəsində həyata keçirilən xarici İT nəhənglərinin resurslarından asılı olmağa məcburdur. Afrika, Cənubi Amerika və Cənub-Şərqi Asiya ölkələrində startaplar və tədqiqatçılar üçün əlçatan məlumat mərkəzlərinin olmaması ciddi maneələr yaradır.

“Microsoft”un prezidenti Bred Smit hesab edir ki, süni intellekt dövrü həmin bölgələri daha da geridə qoya bilər. Məsələn, Keniyada “Qhala” kimi startaplar Afrika dilləri üçün süni intellekt modelləri hazırlayır, lakin yerli məlumat mərkəzlərinin olmaması səbəbindən xaricdəki serverlərdən icarəyə götürülmüş hesablama gücünə etibar etməyə məcburdur. Nümunə olaraq, Harvard Universitetinin Kempner İnstitutu Afrikanın bütün süni intellekt səylərinin cəmindən daha çox hesablama gücünə malikdir. Texnoloji inkişafda qeyri-bərabərlik bu sahədə geridə qalan ölkələr üçün mənfi nəticələr verir. Məsələn, Argentinada alimlər istedadlı tələbələrin müasir hesablama gücünə çıxışı olan ABŞ və Avropa İttifaqına daimi axınını qeyd ediblər. Problem sırf texniki çətinliklərdən kənara çıxır, çünki süni intellektə çıxışın olmaması ölkələri innovasiyalardan, investisiyalardan və ixtisaslı kadrlardan məhrum edir. Məsələn, bəzi ölkələr ABŞ-ın təzyiqindən yayınmaq üçün Çinlə əməkdaşlıqdan imtina edir.

Bununla belə, əks proses Afrikada da müşahidə olunur: siyasətçilər Çin sürətləndiricilərinin quraşdırılması üçün mövcud məlumat mərkəzlərini təkmilləşdirmək məqsədilə “Huawei” şirkəti ilə danışıqlar aparırlar. Bu, ABŞ-ın NVIDIA şirkətindən asılılığı azaltmaq üçün edilir. Tədqiqatçılar vurğulayırlar ki, yaxın gələcəkdə kompüter istehsalçıları neft şirkətləri ilə müqayisə oluna biləcək təsirə malik ola bilərlər.

Rəqəmsal bərabərsizliyi aradan qaldırmaq üçün Hindistan süni intellekt sahəsində öz suveren infrastrukturunun yaradılmasına subsidiya ayırır. Braziliya analoji layihələrə 4 milyard dollar ayırmağı planlaşdırır, Avropa İttifaqı isə 200 milyard avro sərmayə qoymağa hazırdır. Afrikada yerli müəssisələr 500 milyon dollar dəyərində beş məlumat mərkəzinin tikintisinə başlayır, lakin hətta bu həll ehtiyacların yalnız kiçik bir hissəsini ödəyəcək.

Rəqəmsal bərabərsizlik əvvəllər telefon xətlərinə və ya internetə qeyri-bərabər çıxışda özünü göstərirdisə, indi süni intellekt infrastrukturlarına nəzarətdən və onların yaradılması üçün komponentlərin paylanmasından danışırıq. Bu boşluq təkcə texnologiyaya deyil, həm də iqtisadiyyata və siyasətə təsir edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 İyun 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see335

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see314

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see307

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see291

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see291

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see281

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see262

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see246

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see241

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see223

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see222

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see213

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see212

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see209

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see200

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see198

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see194

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see194

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri