Icma.az
close
up
RU
Hesabat: Fransa dənizaşırı ərazilərində iqtisadi azadlığı boğmağa davam edir

Hesabat: Fransa dənizaşırı ərazilərində iqtisadi azadlığı boğmağa davam edir

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı Təşəbbüs Qrupu (BTQ) "Oğurlanmış firavanlıq: Müstəmləkəçilik dənizaşırı ərazilərdə iqtisadi azadlığı necə boğub” adlı hesabat hazırlayıb. Hesabatda Fransanın müstəmləkə siyasətinin onun dənizaşırı ərazilərinə mənfi təsiri ətraflı təhlil edilir.

“Report” xəbər verir ki, hesabatda Fransanın bu regionlarında təbii sərvətlərin necə məhv edildiyi və istismar olunduğu göstərilir. Xüsusilə qeyd olunur ki, meşələrin qanunsuz qırılması, suyun çirklənməsi və Fransa hakimiyyətinin göz yumduğu digər ekoloji cinayətlər dənizaşırı ərazilərdə ətraf mühitin deqradasiyasına səbəb olur.

Hesabatın müəllifləri vurğulayırlar ki, qeyd olunan hərəkətlər dənizaşırı ərazilər üçün ciddi iqtisadi və sosial nəticələrə malikdir: həssas təbəqələrə ziyan vurur, yerli xalqların hüquqlarını pozur və biomüxtəlifliyin itirilməsinə səbəb olur.

Bundan əlavə, Fransanın müstəmləkə siyasəti mədəni kimliyi məhv edir və dənizaşırı ərazilərin yerli əhalisinin sayının azalmasına gətirib çıxarır.

Hesabatda vurğulanır ki, davamlı və ədalətli gələcəyə nail olmaq üçün müstəmləkəçiliyin bütün formaları, o cümlədən onun müasir təzahürü olan neomüstəmləkəçilik aradan qaldırılmalıdır.

"Demoqrafik vəziyyətə gəldikdə, dənizaşırı regionlarda əhalinin sayının azalması və doğum səviyyəsinin aşağı düşməsi insan kapitalının mümkün itkisi və gələcəkdə xarici pul köçürmələrindən asılılığın davam edəcəyindən xəbər verir", - sənəddə qeyd olunur.

BTQ açıq mənbələrə istinad edərək, iqtisadi azadlığın boğulmasının bariz nümunəsi kimi dənizaşırı ərazilərə turist axınının azalmasını əks etdirən rəqəmləri təqdim edir.

"Əvvəllər Qvadelupa və Martinikanın əsas ziyarətçiləri olan şimali amerikalı turistlərin sayı azalıb. Əgər 1967-ci ildə ziyarətçilərin 50 %-i bu qitədən idisə, 2012-ci ildə Qvadelupada onların sayı 5 %-ə düşüb. Kəskin azalma Martinikada da qeydə alınıb – burada turistlərin sayı 1970-ci ildəki təxminən 50 %-dən 2006-cı ildə 1,9 %-ə enib. Görünür, fransızlar istisna olmaqla, avropalı turistlərin də zövqü dəyişib. 2006-cı ildə onlar Reyunyon və Martinikadakı turistlərin müvafiq olaraq yalnız 3,4 %-ni və 5,4 %-ni təşkil ediblər", - hesabatda qeyd olunur.

Müəlliflər vurğulayırlar ki, bu ərazilər üçün mühüm turizm növü olan kruiz gəmiçiliyi də böyük zərərə uğrayır: "Cəmi 15 il ərzində Qvadelupa və Martinika kruiz gəmiləri ilə gələn turistlərin 85 %-ni itirib".

Hesabata görə, yüksək qiymətlər təkcə potensial müştəriləri regionlara səfər etməkdən çəkindirmir, həm də dənizaşırı ərazilərə investisiya axınını məhdudlaşdırır. Bundan əlavə, dövlət sektorunda iş yerlərinin məhdud sayda olması insanların işlə təmin olunmasını qeyri-mümkün edir ki, bu da regionlar üçün ciddi təhlükə olan işsizlik problemini daha da ağırlaşdırır.

Belə ki, 2020-ci ildə La-Reyunyon və Qvadelupada işsizlik səviyyəsi yüksək olaraq qalmaqla 22 % təşkil edib. Problem xüsusilə gənclər arasında özünü kəskin şəkildə göstərir: 2020-ci ildə Martinikada rəsmi qeydiyyatda olan işsizlərin yarıdan çoxunu (45 %) 15-24 yaş arası gənclər təşkil edib.

BTQ mövcud materiallara əsaslanaraq belə nəticəyə gəlir ki, müasir müstəmləkə dövlətləri, o cümlədən Fransa çətin iqtisadi vəziyyətdədir. "Fransanın bu əraziləri özündə saxlamaqda əsas marağı təbii sərvətlər və siyasi fayda əldə etməyə yönəlib", - hesabatda qeyd olunur.

Hesabata görə, 2014-cü ildə Mayottada işsizlərin ümumi sayı 52 min nəfər təşkil edib. Bundan başqa, adada özəl sektorun yoxa çıxması ilə dövlət idarəçiliyi əhalinin məşğulluğunda daha böyük paya (53,5 %) iddia edir.

"Tədqiqatın nəticələri göstərir ki, yaxın illərdə dörd dənizaşırı ərazidə - Qvadelupa, Martinika, Qayana və Reyunyonda işsizlik səviyyəsi yüksək olaraq qalacaq. Fransa xüsusilə Hind okeanındakı müstəmləkə ərazilərində turizm kimi əsas sahələri inkişaf etdirə, həmçinin təbii sərvətlərdən səmərəli istifadəni təmin etməklə su və kənd təsərrüfatını bərpa edə bilərdi", - hesabatın müəllifləri bu qənaətdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://report.az
archiveBu xəbər 23 Yanvar 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see404

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see293

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see259

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see231

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see151

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri