Hesabat: Niyə Ermənistanın müasir ərazilərində azərbaycanlılar yoxdur? AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 3 dekabr, AZƏRTAC
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Avrasiya Araşdırmaları Mərkəzi (AVİM) ilə birlikdə "Niyə Ermənistanın müasir ərazilərində azərbaycanlılar yoxdur?" sərlövhəli ingilis dilində hesabat hazırlayıb.
AZƏRTAC xəbər verir ki, hesabatın "Tarixə baxış" bölməsində bugünkü Ermənistan Respublikasının ərazisinin demoqrafik mənzərəsi hərtərəfli təhlil edilərək onun etnik tərkibinin erməni əhalinin xeyrinə süni olaraq dəyişdirilməsi ilə bağlı məlumatlar qeyd edilib. Yerli əhalinin əksəriyyətini təşkil edən azərbaycanlıların sayının zaman-zaman dəyişikliyə məruz qalması ilə bağlı statistik göstəricilər əksini tapıb.
Azərbaycanlıların doğma torpaqlarından sistematik köçürülməsi haqqında "Azərbaycanlılara qarşı hücumlar və hədə-qorxu" bölməsində ətraflı bəhs edilir: “Bu hədə-qorxu təcrid olunmuş bir fenomen deyildi, daha geniş, regionun demoqrafik tərkibinin dəyişdirilməsinə hesablanan planlaşdırılmış addım idi", - deyə hesabatda qeyd edilir.
"Azərbaycanlıların deportasiyası" bölməsində kütləvi deportasiyanın 4 mərhələsinin təfərrüatlarından bəhs edilir.
"Mədəni irsin silinməsi" bölməsində Azərbaycanın tarixi, mədəni və dini irsinin genişmiqyaslı məhvi prosesi barədə ətraflı məlumat təqdim edilir, dağıdılan abidə və məscidlər sadalanır.
Sonuncu bölmədə isə beynəlxalq konvensiyalardakı hüquqi çərçivələrə əsaslanaraq azərbaycanlıların öz evlərinə qayıtmasının onların ayrılmaz hüququ olması tezisi diqqətə çatdırılır.
Hesabatın tam mətni ilə linkə keçid etməklə tanış olmaq mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 03 Dekabr 2024 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















