Icma.az
close
up
RU
Hesablama Palatası: Büdcə kreditlərinə nəzarət gücləndirilməlidir

Hesablama Palatası: Büdcə kreditlərinə nəzarət gücləndirilməlidir

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Büdcə sənədləşməsində büdcədən verilmiş kreditlər və onlar üzrə daxilolmalar barədə məlumatlar əks etdirilib, Hesablama Palatası büdcə kreditlərinin verilməsi istiqamətində tənzimləyici mexanizmin zəruriliyi qənaətinə gəlib

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, 2024-cü ildə dövlət büdcəsindən 1 təşkilata 1 halda olmaqla 2 % ilə 6 illik müddətə 4,1 milyon avro büdcə krediti verilib, büdcə kreditinin məqsədi xarici banklardan cəlb edilmiş kreditlər üzrə 2023-cü ildə tələb olunan ödənişlərin maliyyələşdirilməsi olub.

Əvvəlki illərdə verilmiş kreditlərin əsas borc qalığı hesabat ilində 16 haldan 4-ü (3 təşkilat) üzrə 4,2 milyon manat, 226,7 milyon ABŞ dolları və 67,3 milyon avro azalıb. Bu il yanvarın 1-nə cəmi kreditlərin əsas borc qalığının 61,8 milyon ABŞ dolları və 15,3 milyon avroluq hissəsi xarici banklardan cəlb edilmiş kreditlər üzrə tələb olunan illik ödənişlərin maliyyələşdirilməsi, 90 milyon manatı bir sıra maliyyə qurumları qarşısındakı borcların bağlanması və restrukturizasiyası, 148,8 milyon manat dövlət zəmanətli istiqraz üzrə öhdəliyin həyata keçirilməsi, 4,8 milyon ABŞ dolları isə təşkilatın əvəzinə beynəlxalq təşkilata ödənilmiş vəsaitin bərpası məqsədilə verilmiş kreditlər üzrə qeydə alınıb.

2024-cü ildə kreditin verildiyi müvafiq təşkilata əvvəlki illərdə də eyni məqsəd üçün 36,8 milyon ABŞ dolları və 8,3 milyon avro məbləğində 0-1 %-lə kreditlər verilib, kreditlər 7, 10 və 12 illik müddətləri əhatə edib və onlar üzrə dövlət büdcəsinə heç bir ödəniş həyata keçirilməyib.

2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabata əsasən, hesabat ilində büdcədən verilmiş kreditlər üzrə daxilolmalar 6,4 milyon manat olub. Qeyd edək ki, bu məbləğin strukturu, əsas borc və faiz ödənişlərindən ibarət olması barədə qeydlərə rast gəlinmir. Büdcə sənədləşməsində büdcədən verilən kreditlər və onlar üzrə daxilolmalar yer alsa da, bu kreditlərin verilməsi ilə bağlı konkret mexanizm mövcud deyil. Beynəlxalq təcrübənin bu istiqamətdə təhlili büdcədən verilən kreditlərlə bağlı aydın prosedurların olduğunu göstərir. Bu prosedurlar kreditlərin müddəti, məqsədi, kreditlə əldə edilmiş vəsaitin depozitə yerləşdirilməsi ilə bağlı məhdudiyyətləri və s. amilləri tənzimləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 May 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see214

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see202

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see176

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see173

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see164

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see162

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see158

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see144

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see143

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see138

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see136

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see135

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see135

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see134

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see134

Zəngilan son beş ildə müasir və böyük əhəmiyyətə malik bölgəyə çevrilib

20 Oktyabr 2025 09:17see132

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see125

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see123

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri