Icma.az
close
up
RU
Hesablama Palatası büdcə xərcləmələrində nöqsanlar aşkarlayıb

Hesablama Palatası büdcə xərcləmələrində nöqsanlar aşkarlayıb

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

160 milyon manatdan çox büdcə vəsaiti dəqiqləşdirilməlidir.

Modern.az məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ilə bağlı çıxışında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palatanın sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldilən vəsaitlərin həcmi illik hesabatda göstəriləndən 60 milyon manatdan çox ola bilər.

O bildirib ki, Hesablama Palatasının apardığı təhlillər bəzi hallarda eyni adlı strateji tədbirlərin maliyyələşdirilməsi ilə bağlı müxtəlif yanaşmaların tətbiq olunduğunu göstərib.

“Seçmə qaydada aparılmış təhlillər qurumlar tərəfindən təqdim olunmuş məlumatlarda büdcə sənədlərində əks olunan strategiya tədbirləri üzrə məbləğlərin fərqləndiyini göstərib. Bu isə strategiyalar üzrə maliyyələşdirmə məbləğinin 160 milyon manatdan çox hissəsinin dəqiqləşdirilməsinə ehtiyac olduğunu deməyə əsas verir”, - deyə V.Gülməmmədov vurğulayıb.

Hesablama Palatasının sədri qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına ayrılan vəsaitlərlə bağlı da hesabat göstəricilərinin dəqiqləşdirilməsinə ehtiyac var.

“İllik hesabatda bu məqsədlə 4,4 milyard manat vəsaitin icra edildiyi göstərilib. Lakin hesablamalarımız həmin məbləğin 60 milyon manatdan çox artıq olduğunu qeyd etməyə imkan verir”, - deyə o bildirib.

Vüqar Gülməmmədov dövlət büdcəsinin icrası prosesində həyata keçirilən dəyişikliklərin həcminin də artdığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, 2025-ci ildə büdcənin icrası zamanı həyata keçirilmiş dəyişikliklərin ümumi məbləği 3,7 milyard manat olub ki, bu da təsdiqlənmiş dövlət büdcəsi xərclərinin 8,9 faizini təşkil edir.

“2024-cü ildə bu göstərici 2,4 milyard manat idi. Dəyişikliklər funksional təsnifatın bütün bölmələri üzrə təsdiq edilmiş məbləğlərin dəyişməsi ilə nəticələnib”, - deyə o qeyd edib.

Palata sədri bildirib ki, 3,7 milyard manatlıq dəyişikliklərin 1,8 milyard manatı “Büdcə sistemi haqqında” qanunun müvafiq maddələrinə əsaslanıb.

O, debitor borcların da artdığını vurğulayıb.

“2025-ci ildə debitor borclar 1 milyard manat və ya 17 faiz artaraq 7 milyard manata çatıb. Bu, qurumlara ayrılmış vəsaitlərin azı 1 milyard manatının faktiki xərcə çevrilmədiyini, dövlət büdcəsinin kassa və faktiki icrası arasındakı fərqin genişləndiyini göstərir”, - deyə V.Gülməmmədov bildirib.

Onun sözlərinə görə, hesabat ilində debitor borclar üzrə qalıqların məbləği müvafiq istiqamətlər üzrə icra edilmiş büdcə xərclərinin 26,9 faizini təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 3,2 faiz bəndi artıb.

Vüqar Gülməmmədov qeyd edib ki, hesabat dövründə daxili və xarici dövlət borclanması, eləcə də dövlət zəmanətləri üzrə əməliyyatlar müəyyən edilmiş limitlər çərçivəsində həyata keçirilib.

“2025-ci ildə dövlət qiymətli kağızlar portfelində qısamüddətli və ortamüddətli alətlərin payı azalıb, uzunmüddətli istiqrazların payı isə artıb. Bu, daxili borc portfelinin orta müddətinin uzadılması və refinanslaşma riskinin azaldılması istiqamətində aparılan siyasətin nəticəsidir”, - deyə o əlavə edib.

Palata sədri Təminat Fonduna qaytarılmalı vəsaitlərin icrasında da ciddi geriqalma olduğunu bildirib.

“2025-ci il üzrə qrafikə əsasən fonda 199,7 milyon manat qaytarılmalı idi. Lakin bunun cəmi 10,7 faizi icra olunub”, - deyə V.Gülməmmədov vurğulayıb.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 İyun 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri