Icma.az
close
up
RU
Həsən bəy Zərdabinin ekofəlsəfəsinə həsr olunmuş seminar keçirildi

Həsən bəy Zərdabinin ekofəlsəfəsinə həsr olunmuş seminar keçirildi

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının və Biologiya fakültəsinin birgə təşəbbüsü ilə “Həsən bəy Zərdabinin insan və ətraf mühitlə bağlı fəlsəfi baxışları” mövzusunda elmi seminar keçirilib.

Gununsesi.info xəbər verir ki, biologiya fakültəsinin dekanı, professor Afət Məmmədova Həsən bəy Zərdabinin təbiətşünaslıq elminə verdiyi mühüm töhfələri vurğulayıb. O qeyd edib ki, təbiətə qayğı və ətraf mühitin qorunması Həsən bəy Zərdabinin əsas amallarından biri olub. Onun təbiət və insan harmoniyasını təcəssüm etdirən elmi əsərləri təbiətşünaslıq elminə, xüsusilə Azərbaycan təbiətşünaslığına böyük töhfə verib: “Həsən bəy Zərdabi sanki iki yüz il öncə günümüzdəki ətraf mühit problemlərini görür, insanların təbiətdən harmoniya ilə istifadəsini təşviq edirdi. Hazırda ölkəmizdə ətraf mühitin qorunması dövlət siyasətinin əsas prioritetlərindəndir, bununla bağlı çoxsaylı Dövlət proqramları və qanunlar qəbul olunub. Bu, həm də böyük təbiət alimi Həsən bəy Zərdabinin xatirəsinə dövlətimizin ehtiramı kimi qəbul edilə bilər”.

BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova Həsən bəy Zərdabinin həyat və yaradıcılığından, “Əkinçi” qəzetindəki maarifçilik fəaliyyətindən bəhs edərək, tələbələrə görkəmli alimin yaradıcılığını dərindən öyrənməyi tövsiyə edib.

Seminarda BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müəllimi, tədqiqatçı-jurnalist Elçin Sərdarov “Həsən bəy Zərdabinin cəmiyyətin ekoloji təfəkkürünün formalaşdırılmasında elmi-publisistik fəaliyyəti” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Həsən bəy Zərdabinin təhsildə, elmdə və ictimai fəaliyyətində uğurları, “Cəmiyyəti-Xeyriyyə” təşkilatındakı fəaliyyəti, “Əkinçi” qəzetində dərc edilən “Torpaq, su və hava”, “İnsanın həyatında işıq”, “Gigiyena”, “Təbii seçmə” və “İnsanın mənşəyi” kimi əsərləri haqqında məlumat verilib. Elçin Sərdarov həmçinin Zərdabinin “Çiçəklərin və ağacların əkilməsi bayramı” və “Bakı quberniyasının Quba qəzasının su hövzəsi kimi əhəmiyyəti haqqında” məqalələrinin də əhəmiyyətini vurğulayıb.

Seminar zamanı tələbələr Həsən bəy Zərdabinin təbiətlə insan arasında harmoniyaya dair fikirlərini səsləndirib, müasir dövrdə ölkəmizdə təbiətin mühafizəsinə göstərilən dövlət qayğısı haqqında müzakirələr aparıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Aprel 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri