Icma.az
close
up
RU
“Həsən bəy Zərdabinin insan və ətraf mühitlə bağlı fəlsəfi baxışları” elmi seminar

“Həsən bəy Zərdabinin insan və ətraf mühitlə bağlı fəlsəfi baxışları” elmi seminar

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 23 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının və Biologiya fakültəsinin birgə təşəbbüsü ilə “Həsən bəy Zərdabinin insan və ətraf mühitlə bağlı fəlsəfi baxışları” mövzusunda elmi seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Biologiya fakültəsinin dekanı professor Afət Məmmədova Həsən bəy Zərdabinin təbiətşünaslıq elminə verdiyi mühüm töhfələri vurğulayıb. O qeyd edib ki, təbiətə qayğı və ətraf mühitin qorunması Həsən bəy Zərdabinin əsas amallarından biri olub. Onun təbiət və insan harmoniyasını təcəssüm etdirən elmi əsərləri təbiətşünaslıq elminə, xüsusilə Azərbaycan təbiətşünaslığına böyük töhfə verib: “Həsən bəy Zərdabi sanki iki yüz il öncə günümüzdəki ətraf mühit problemlərini görür, insanların təbiətdən harmoniya ilə istifadəsini təşviq edirdi. Hazırda ölkəmizdə ətraf mühitin qorunması dövlət siyasətinin prioritetlərindəndir, bununla bağlı dövlət proqramları və qanunlar qəbul olunub”.

Universitetin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri professor Rəbiyyət Aslanova Həsən bəy Zərdabinin həyat və yaradıcılığından, “Əkinçi” qəzetindəki maarifçilik fəaliyyətindən bəhs edərək, tələbələrə görkəmli alimin yaradıcılığını dərindən öyrənməyi tövsiyə edib.

Seminarda BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müəllimi, tədqiqatçı-jurnalist Elçin Sərdarov “Həsən bəy Zərdabinin cəmiyyətin ekoloji təfəkkürünün formalaşdırılmasında elmi-publisistik fəaliyyəti” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Həsən bəy Zərdabinin təhsildə, elmdə və ictimai fəaliyyətində uğurları, “Cəmiyyəti-Xeyriyyə” təşkilatındakı fəaliyyəti, “Əkinçi” qəzetində dərc edilmiş “Torpaq, su və hava”, “İnsanın həyatında işıq”, “Gigiyena”, “Təbii seçmə” və “İnsanın mənşəyi” əsərləri haqqında məlumat verilib. Elçin Sərdarov, həmçinin Zərdabinin “Çiçəklərin və ağacların əkilməsi bayramı” və “Bakı quberniyasının Quba qəzasının su hövzəsi kimi əhəmiyyəti haqqında” məqalələrinin də mövzu baxımdan aktuallığını vurğulayıb.

Seminar zamanı tələbələr Həsən bəy Zərdabinin təbiətlə insan arasında harmoniyaya dair fikirlərini səsləndirib, müasir dövrdə ölkəmizdə təbiətin mühafizəsinə göstərilən dövlət qayğısı haqqında müzakirələr aparıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see238

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see229

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see141

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see131

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see127

Dünyanın ən gözəl muzeyi seçildi Fotolar

06 Dekabr 2025 03:51see122

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see122

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see121

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see120

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see118

Duma Ukrayna ilə danışıqları mümkün dondurulmasını müzakirə edib...

06 Dekabr 2025 05:28see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri