Həsən Həsənov: Mənim yazılarım da oxunmur
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Naxçıvan barədə ermənilər özlərini həlak edirlər ki, Naxçıvan erməni şəhəridir.
"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, bu sözləri tarix elmləri doktoru Həsən Həsənov deyib.
O əlavə edib: "Deyirlər ki, Klavdi Ptolomey Naxsuananın Ermənistanda yerləşdiyini qeyd edib. Mən isə Ptolomeyin kitabını tapdım, oxudum. Doğrudan da, ikinci əsrdə yaşamış ən dahi coğrafiyaşünas Ptolomey deyib ki, Ermənistanda Naxsuana şəhəri var. Lakin bir “əmma” var. Marqarita pizza
“Əmma” budur ki, Ptolomey bu Naxsuananın Yefrat, yəni Fərat çayının üzərində yerləşdiyini yazıb. Bunu mən 10 dəfə demişəm, hətta naxçıvanlılara da. Erməniyə başa salmaq lazımdır ki, sənin Naxçıvanın Fərat çayı üzərindədir. Sən isə Araz çayından danışırsan”.
Bir nəfər belə yazmır ki, Ptolomey deyən Naxçıvan Araz çayının üzərində deyil. Bəs Araz çayı üzərində Naxçıvan var idi? Bəli, onun adı Nazadadır. Ptolomey “Nazava” sözünü yazıb. Ərəblər bizim Naxçıvana “Naşava” deyiblər. Bu haqda Ziya Bünyadov da, Nailə Vəlixanlı da yazıb.
Nailə xanımla danışanda dedi ki, həqiqətən də, “Nazava” ərəblər tərəfindən “Naşava” kimi oxuna bilər. Nazavanın doğrudan da Naxçıvan olduğu sübut olunur. Ptolomey yazır ki, Nazava şəhərinin yanında Əlincə qalası yerləşir. Bizim tərəfimizdən istifadə olunmayan belə paradokslar var. Mənim yazılarım da oxunmur”.
Baxış sayı:116
Bu xəbər 22 Sentyabr 2026 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















