Həsən Mansurov BMT Konqresində çıxış edib Foto
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 15-ci Konqresi çərçivəsində “BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyası”na həsr olunmuş tədbir təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı BMT, ATƏT və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin “X” hesabında və BMT-nin rəsmi hesablarında məlumat paylaşılıb.
Məlumatda bildirilib ki, Konvensiyanı ratifikasiya etmiş ilk ölkələrdən biri olan Azərbaycan “İmzalanmadan icraya: BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasının həyata keçirilməsi” adlı tədbirə töhfə verib.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Həsən Mansurov çıxış edib.
O, Azərbaycanın kibercinayətkarlığın qarşısının alınması və onunla mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişafında rolunu vurğulayıb.
Bildirilib ki, Azərbaycan Konvensiyaya qoşulma prosesi və milli qanunvericiliyin ona uyğunlaşdırılması üzrə təcrübəsini bölüşməyə hazırdır.
Qeyd edək ki, BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə Konqresi BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) təşkilatçılığı ilə beş ildən bir baş tutan qlobal tədbirdir.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 03 Oktyabr 2026 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















