Kral III Çarlz ABŞ Konqresində çıxış edib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
London, 29 aprel, AZƏRTAC
Kral III Çarlz ABŞ Konqresinin hər iki palatasının birgə iclasında tarixi çıxışı zamanı ABŞ-Böyük Britaniya ittifaqının və NATO-nun rolunu vurğulayıb.
AZƏRTAC xəbər verir ki, Kral çıxışında müdafiə, kəşfiyyat və təhlükəsizlik sahələrində ABŞ və Böyük Britaniya arasında əlaqələrin uzun illər ərzində formalaşdığını bildirib. Onun sözlərinə görə, bu münasibətlər illərlə deyil, onilliklərlə ölçülən möhkəm təmələ əsaslanır.
Qeyd edək ki, son aylarda ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanı və ölkənin Baş naziri Kir Starmeri tez-tez tənqid edib. Rəsmilər hesab edirlər ki, Kralın bu səfəri müttəfiqlər arasında yaranmış fikir ayrılıqlarının aradan qaldırılmasına kömək edə bilər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 29 Aprel 2026 00:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















