Icma.az
close
up
RU
Həsən Məmmədovun atası hansı hərəkətinə görə ondan küsmüşdü?

Həsən Məmmədovun atası hansı hərəkətinə görə ondan küsmüşdü?

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Böyük dayaq", "Arşın mal alan", "Bir cənub şəhərində", "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Gün keçdi", "Dədə Qorqud", "Arxadan vurulan zərbə", "Bizi bağışlayın", "İstintaq" və başqa filmlərdə yaddaqalan obrazlar yaradan aktyor Həsən Məmmədov 22 noyabr 1938-ci ildə dünyaya göz açıb. Aktyor kinoya "Böyük dayaq" filmi ilə gəlib.

Bu filmdə canlandırdığı "Qaraş" obrazı ona şöhrət gətirib. Film eyni zamanda aktyorun atasının da ona olan münasibətlərinin düzəlməsində önəmli rol oynayıb.

Çünki müəllim olmaqdan imtina edərək teatra üz tutan Həsən Məmmədova atası nəinki dəstək olmayıb, hətta ondan küsüb. H.Məmmədov kinostudiyanın yaxınlığındakı kirayə yaşadığı həyətdə tələbələrlə birlikdə qalırdı. Həmin tələbələrdən biri - Lətifə adlı qız aktyorun diqqətini cəlb etmişdi.

Çəkilişlərdən vaxt tapan kimi o, bu qızın arxasınca düşərdi. Bu vəziyyət 3-4 ay davam edir. Qız isə kim olduğunu bilmədiyi səssiz oğlana uzaqdan bağlanırdı. Aralarında 8 yaş fərq olan cütlük 1967-ci ildə evlənib və onların iki övladı dünyaya gəlib.

Ömrünün son illərində ürək xəstəliyindən, yüksək qan təzyiqindən əziyyət çəkən aktyor hətta ağır ürək əməliyyatı da keçirib. Bütün səylərə baxmayaraq, H.Məmmədov 2003-cü ilin avqustun 26-da dünyasını dəyişib. O, İkinci Fəxri xiyabanda dəfn olunub.

Xalq artisti Leyla Şıxlinskaya Həsən Məmmədovla bağlı xatirələrindən bəhs edərkən bildirib ki, onunla ilk tanışlığı "Arşın mal alan" filmi ilə olub.

"Həsən ilə olan səhnələrim çox rahat, sakit keçirdi, sanki bu insanı çoxdan tanıyırmış kimi hiss edirdim. "Gün keçdi" filmində oynadığımız zaman bir səhnəmiz var idi ki, Əsmər Oqtayın evinə gəlir, birlikdə şəkillərə baxırlar. Sonra Oqtay gəlib arxadan Əsməri qucaqlamalı, əllərini onun boynuna qoymalı idi. Mən də gözləyirəm ki, o nə vaxt gəlib əllərini çiynimə qoyacaq. Bir neçə dəfə səhnəni çəkməyə cəhd etdik, alınmadı. Əlləri kəpənəyin qanadları kimi uçurdu, boynuma qoya bilmirdi. Artıq səbrim daşdı, ona "Həsən, mənim yerimdə dur, bax, əllərini belə qoyarsan" dedim. "Ay Leyla xanım, nə yaxşı aktrisasınız, gözəl rola girdiniz" dedi. Onun dünyadan köçməyi mənə çox təsir edib, bu gerçəyi heç cür qəbul edə bilmirəm", - deyə Xalq artisti əlavə edib.

Ətraflı Baku TV-nin süjetində:

Həsən Məmmədovun atası hansı hərəkətinə görə ondan küsmüşdü?

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Fevral 2025 00:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri