Icma.az
close
up
RU
Silaha sarılan həkim Həsən Məmmədovun Vətən müharibəsi hekayəsi

Silaha sarılan həkim Həsən Məmmədovun Vətən müharibəsi hekayəsi

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazax, 21 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

44 günlük Vətən müharibəsində xalqımızın igid övladları ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda haqq savaşında qəhrəmanlıqla iştirak etdi. Bəziləri döyüşlərdə, bəziləri isə arxa cəbhədə əllərindən gələni əsirgəmədi. Xüsusən də həkimlərimiz...

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax Rayon Mərkəzi Xəstəxanasının həkimi Həsən Məmmədov Tibb Universitetinin hərbi tibb fakültəsinin 5-ci kursunda oxuyanda Vətən müharibəsi başlayıb və tələbə yoldaşları ilə birlikdə könüllü şəkildə döyüşlərə qatılıb. Deyir ki, hər kəsin ürəyi həmin günlərdə Vətən sevgisi, torpaqlarımızın azad edilməsi arzusu ilə döyünürdü. Həsən də təhsilini yarımçıq saxlayıb, silaha sarılıb: “Vətən müharibəsi başlayanda avtobuslarla hərbi hissəyə yolla düşdük. Səhər idi, Günəş yeni çıxmışdı, yol kənarında qoca ər-arvad dayanmışdı. Dizləri üstə çöküb bizim üçün dua edirdilər. O mənzərəni heç zaman unutmaram. İnsanlar yolumuzu kəsib, bizə dəstək olurdular. Onsuz da dövlətimiz bizi hər cür təminatla dəstəkləyirdi. Amma insanlar da su, şirniyyat, əllərinə nə keçirdisə, bizim üçün verirdilər. Deyirdik, maşında yer yoxdur. Yenə də gətirirdilər. Bu, xalqın birliyi idi, öz əsgərinin arxasında dağ kimi dayandığını göstərirdi, bu, bizə əlavə ruh yüksəkliyi verirdi”.

Həsən deyir ki, ilk döyüşü Talış kəndi uğrunda, Mübariz İbrahimovun şəhidlik zirvəsinə yüksəldiyi yerlərdə olub. “Mübariz postundan yuxarı qalxdıq. Ora erməni hərbçilərlə ilə üzbəüz idi. Döyüşdük, şəhidlərimiz olsa da, tapşırığı yerinə yetirə bildik. Yeri gəldi yaralılarımıza yardım göstərdik, şəhidlərimizin nəşini kənarlaşdırdıq” - deyə, xəstəxananın Təcili yardım şöbəsinin həkimi, Vətən müharibəsi iştirakçısı o günləri xatırayır.

Həmsöhbətimiz Talış, Suqovuşan və digər yüksəkliklər istiqamətində gedən döyüşlərdə, daha sonra 2022-ci il sentyabr təxribatının qarşısının alınmasında və antiterror tədbirində də iştirak edib.

O, Vətən müharibəsindən sonra yarımçıq qalan təhsilini bitirib və həkim kimi fəaliyyətini davam etdirir. İndi təcili yardıma ehtiyac olanlara şəfa göstərmək üçün can atır. “Həkim, xüsusən hərbi həkim müqəddəs peşədir. Düşmən həmişə birinci həkimləri vurmağa çalışırdı. Tibbi heyətə zərər vurmağa çalışırdılar ki, yaralılara yardım göstərə bilməyək. Buna baxmayaraq, əsgərlərimizə sipər olurduq ki, onlar sağ çıxsınlar” - deyə, Vətən müharibəsi iştirakçısı H.Məmmədov əlavə edir.

Bəli, Vətən müharibəsi xalqımızın necə döyüşkən, mətin və cəsur olduğunu bir daha dünyaya göstərdi. Müharibədə peşəsindən, çalışdığı sahədən asılı olmayaraq hər kəs səfərbər olub Vətən torpaqlarının azadlığı uğrunda savaşa qalxdı və bu savaşda şanlı Qələbə qazandı. Dünya Azərbaycan xalqının gücünü bir daha görmüş oldu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri