Həsənriz sakini: Yurd boş qalmaz, biz hər zaman bu ideya ilə yaşadıq
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Düşmən bilsin ki, Dəmir yumruq varsa, biz varıq, biz var olduqca, Dəmir yumruq da olacaq".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Həsənriz kənd sakini Reyhan Həsənova deyib.
Onun sözlərinə görə, doğma yurdlarına dönməyin belə tez olacağını gözləməyiblər:
"Yurd boş qalmaz. Biz hər zaman bu ideya ilə yaşadıq və inamımızı möhkəmlətdik. Hələ uşaqkən böyüklərimizin ermənilər tərəfindən zəbt edilən yurd yerlərinə baxıb köks ötürdüklərinin şahidi olurduq. Kəndimiz işğal olunanda da sinəmizə dağ çəkildi. Amma inamımızı itirmədik. Çox şükür bu günə.
Arzularımız çin oldu, indi daimi öz kəndimizə köçürük. Qorxusuz, problemsiz yaşamaq üçün. Amma düşmənə bir mesajımız da var. Qoy bilsin ki, Dəmir yumruq varsa, biz varıq, biz var olduqca, Dəmir yumruq da olacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 11 Aprel 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















