Icma.az
close
up
RU
Hamiləlik və şəkərli diabet

Hamiləlik və şəkərli diabet

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1-ci tip şəkərli diabeti (insulindən asılı) olan qadınlarda hamiləlik dövrü xeyli sayda ciddi fəsadlarla keçə bilər.

Bu ağırlaşmalar arasında hamilə qadının böyrəklərinin, gözlərinin zədələnməsi, hamiləliyin öz-özünə pozulması, dölün ana bətnində olarkən məhv olması, dölyanı suların çox olması, dölün inkişaf qüsurları, hestoz (arterial təzyiqin yüksəlməsi, bədəndə şişkinliklərin yaranması, sidikdə normadan artıq miqdarda zülalın olması kimi əlamətlərlə müşayiət olunan hamiləlik patologiyasıdır), eklampsiya (huşun itirilməsi ilə müşayiət olunan qıcolma tutmaları).

Doğulan körpələrin ölçülərinin böyük olması (çəkisi 4500 qramdan artıq, boyu 55-60 sm) əsasən piy toxuması hesabına olur. Dölün ölçülərinin böyük olması əksər hallarda doğuşun ağır keçməsi ilə müşayiət olunaraq ananın və uşağın travmatik zədələnməsi ilə nəticələnir. Şəkərli diabeti olan qadınlarda bir çox hallarda doğuşun cərrahi yolla icra olunmasına (keysəriyyə əməliyyatı) tələbat yaranır.

1-ci tip şəkərli diabeti olan qadınların bir çoxunda hamiləlik və doğuşu müvəffəqiyyətlə başa çatdırmaq mümkün olmur. Ona görə də belə xəstəliyi olan hər bir qadın hamiləliyə qədər mütləq həkim endokrinoloqla məsləhətləşməlidir. Həkim hamiləliyin mümkün olmasına əmin olaraq buna icazə verdiyi halda, qadın bütün hamiləlik boyu mütləq həm həkim-ginekoloqun, həm də həkim-endokrinoloqun nəzarəti altında olmalıdır.

2-ci tip (insulindən asılı olmayan) şəkərli diabeti olan qadınlarda hamiləliyin gedişi və doğuş nisbətən az sayda fəsadlarla nəticələnə bilər. Ancaq bunun üçün qadın bütün hamiləlik boyu mütləq həkim-endokrinoloqun nəzarəti altında olmalıdır.

Şəkərli diabetin formalarından biri də məhz hamiləlik zamanı qadında inkişaf edən şəkərli diabetdir. Şəkərli diabetin bu forması hamiləlik zamanı inkişaf edir və hamiləlik başa çatdıqdan sonra tez bir zamanda keçib gedir. Diabetin bu formasını yaxın qohumlarında şəkərli diabet olan kök qadınlar “əldə edə bilərlər”. Hamilədə olan bu şəkərli diabet doğuşdan sonra 2-12 həftə ərzində keçib gedir. Bəzi hallarda sonrakı 10-20 il ərzində belə qadınlarda şəkərli diabet xroniki xəstəlik kimi inkişaf edir. Bu cür şəkərli diabeti olan qadınlarda hamiləliyin gedişi - 2-ci tip şəkərli diabeti olan qadınlarda olduğu kimi keçir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see292

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see284

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see283

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see268

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see265

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see260

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see259

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see239

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see230

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see221

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see212

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see209

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see209

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see208

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see208

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see206

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see203

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see198

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see194

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri