Icma.az
close
up
RU
Həştərxan vilayətində Ümummilli Lider Heydər Əliyevin anım tədbirləri keçirilib FOTO AzPolitika onlayn siyasiictimai qəzet

Həştərxan vilayətində Ümummilli Lider Heydər Əliyevin anım tədbirləri keçirilib FOTO AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya Federasiyasının Həştərxan vilayətində xalqımızın Ümummilli Lideri, müasir və qalib Azərbaycanın qurucusu Heydər Əliyevin anım tədbirləri keçirilib. 

Anım tədbirlərində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkilləri Rizvan Nəbiyev və Zaur Şükürov, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Həştərxan şəhərində yerləşən Azərbaycan İş Mərkəzinin koordinatoru Nəsimi Məmmədov və nümayəndə heyətinin digər üzvləri iştirak edib.

Azərbaycan nümayəndə heyəti, Həştərxan vilayətinin vitse-qubernatoru, Hökümət sədri Denis Afanasyev və vilayətin rəsmi şəxsləri, Azərbaycan diasporasının nümayəndələri Həştərxan şəhərində Ulu Öndərin adını daşıyan Xiyabana gələrək Ümummilli Liderin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra “Əbədi məşəl” memorialı ziyarət olunub.

Sonra Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbini ziyarət edib, məktəbdə Ulu Öndərin büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər. Əvvəlcə qonaqlar Heydər Əliyev Fondu tərəfindən yenidən qurulmuş məktəbin fəaliyyəti barədə məlumatlandırılıb. Nümayəndə heyəti Ümummilli Liderin anım günü ilə əlaqədar məktəbin kollektivi tərəfindən hazırlanan tədbirdə iştirak edib. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ümummilli Liderin adını daşıyan məktəbin əhəmiyyətini vurğulayaraq, bu təhsil müəssisəsinin Heydər Əliyevə həsr olunmuş tədbirlərdə, xüsusilə keçən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə elan edilmiş Heydər Əliyev ilində fəal iştirakını qeyd edib.

Daha sonra Azərbaycan nümayəndə heyətinin Həştərxan şəhərinin meri İqor Redkin ilə görüşü olub. Nümayəndə heyəti İqor Redkini yeni keçirilmiş seçkilərdə qələbə qazanaraq şəhər meri seçilməsi münasibətilə təbrik etmiş, Həştərxan şəhəri ilə ölkəmizin sıx əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə etmişdir.

Səfər çərçivəsində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Həştərxan bölməsinin üzvləri və Azərbaycan diasporasının nümayəndələrinin iştirakı ilə Azərbaycan İş Mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə bildirilib ki, Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olan dahi şəxsiyyət Heydər Əliyev təkcə təmsil etdiyi xalqın taleyində deyil, eləcə də dünya siyasətində böyük missiyanı həyata keçirmək nəsib olmuş nadir şəxsiyyətlərdəndir. Bu gün Azərbaycanın dinamik inkişafı və 44 günlük Vətən Müharibəsində şanlı zəfər qazanması məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, Ulu Öndərin ideyalarının əbədi yaşadılmasının nəticəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Dekabr 2024 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see252

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see239

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see196

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see186

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see186

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see182

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see173

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see155

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see146

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see140

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see137

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see132

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see130

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see129

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see127

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see127

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see122

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see122

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see121

ABŞ da universitetdə atışma olub, ölən var YENİLƏNİB

10 Dekabr 2025 04:45see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri