Icma.az
close
up
RU
“Hətta qabırğalardan birini tapa bilmədik”

“Hətta qabırğalardan birini tapa bilmədik”

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Rusiyanın Yekaterinburq şəhərində vəhşicəsinə qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların ekspertizasının nəticələri məlum olub. İyunun 30-da mərhumların meyitləri Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirildi və 10-11 radələrində Komissiya tərəfindən meyitlər kriminalistlərin iştirakı ilə müayinə olundu”.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı ekspertizanın nəticələrinə dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müayinədən öncə mərhumların tibbi şəhadətnamələri gətirilib: 

“Müayinə nəticələrinə əsasən, böyük qardaş Hüseyn Səfərovun Rusiyanın verdiyi tibbi şəhadətnaməsindən aydın olur ki, ölümə səbəb travma olub. İkinci qardaş isə ürəktutmadan ölüb.

Biz meyitləri müayinə etdik. H.Səfərova travma küt alətlə yetirilib. Kim tərəfindən, harada olduğu qeyd olunmur. Biz müayinə edərkən çoxlu sayda travma müəyyən etdik. Burun sümüklərinin yerini dəyişən sınığı var idi. Döş qəfəsi deformasiyaya uğrayıb. Assimmetrikdir, göz qapaqlarında 12-14 sm sahədə hematoma müşahidə olunur. Həmçinin üst və alt dodaqlarda, əllərdə, xayalarda qançırlar, alında sıyrıqlar var. Nə ilə vurulduğunu deyə bilmərəm. Başın dərisini aralayarkən geniş qansızmalar, baş - beyinin həm sərt, həm də yumşaq qişasında qansızmalar mövcuddur. Qabırğalarda - 7-8 qabırğada sınıqlar var”.

Ə. Həsənov qeyd edib ki, birinci meyitdən fərqli olaraq ikincidə, Z.Həsənovun meyitində travmalar az olub:

“Ona görə də ürəktutma səbəb kimi göstərilib. Onların verdiyi şəhadətnamədə göstərilib ki, ölüm ürəyin işemik xəstəliyindən baş verib. Səbəb də ürək-ağciyər çatışmazlığı göstərilib.

Bizim müayinəmiz zamanı hər iki göz, alın, gicgahda qansızmalar var idi. Döş qəfəsində müxtəlif qançırlar var idi. Döş qəfəsi assimmetriyalıdır, deformasiya olunub. Həmçinin xayalıqda xeyli qançırlar və sıyrıqlar da var. Bunlar xarici müayinənin nəticələridir. Daxili müayinə zamanı da birincidə - H.Səfərovda olduğu kimi döş qəfəsində sıxılmalar var, hətta qabırğalardan birini tapa bilmədik. Qarının arxa divarında qansızmalar, hematomalar var idi.

Müayinələrin nəticələrinə əsasən, H.Səfərovun ölümünə posthemorragik və posttravmatik şok, Z.Səfərovun ölümünə isə çoxsaylı xəsarətlərlə əlaqədar baş verən posttravmatik şok səbəb olub”.

Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://axsam.az
archiveBu xəbər 01 İyul 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri