Icma.az
close
up
RU
Hətta Qurban Qurbanov…

Hətta Qurban Qurbanov…

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fernandu Santuşun haqqında, “nə futbol oynadır, bilinmir” tipli cümlələr sosial şəbəkələrdə göz deşir. Əsəblər tarıma çəkilib, Haiti (0:3) və Belarus (0:2) məğlubiyyətləri ümidsizliyin dibini göstərməyə başlayıb.

Anlaşılandır, ən populyar məşqçilərin içindən birini seçib gətirsən də, milli komandamızın nəticələri bir yana, oyununda belə yaxşılaşma müşahidə edilmir. Belədə, tarıma çəkilmiş qəzəb hədəf axtarır və məsələn, (niyəsə) Santuş da olur hədəf…

Ancaq bu silsiləvi gedişat sizə tanış gəlmirmi, nəyisə xatırlatmırmı?

De Byazi ilə də oxşar “ədavət yaranmamışdımı”?

Amma deyəsən, “bu nə futboldur oynadır” tipli ittihamlar Byazi ilə də məhdudlaşmırdı. Ondan əvvəl Yurçeviç də həmin arqumentlə “daş-qalaq” edilmişdi, 6 il “ömrümüzü çürüdən” Berti Foqts da. Hətta futbol tariximizin ən uğurlu baş məşqçisi olan Qurban Qurbanov də milli komandanın məğlubiyyətindən sonra bənzər ittihamlara tuş gəlirdi.

Deməli, burda bir “zəruri silsilə” var və müxtəlif zamanların idarəçiləri üçün lazımlı/faydalı metod olub.

Yoxsa birmənalı olaraq, bütün baş məşqçilər niyə uğursuz olsun, əsas baiskar kimi təqdim olunsun? Deməli, idarəolunan prosesdir…

İndi də əsas “günah keçisi” Santuşdur. Bəli, sosial şəbəkələrdə müəyyən səhifələr bu “ideyanı” məqsədyönlü şəkildə yayır, təbliğat kampaniyası aparır. Kimsə şərh yazıb başqa məqamlara toxunsa da, hansısa formada baş məşqçi hədəfinə yönləndirilir..

Bu səhifələrin hardan yönləndirildiyi də bizə məlumdur, hansı “xidmət təklif etdiyi də”.

Bunun və ya bu niyyət altında edilən kiber-manipulyasiyaların zərərli nəticələri üst-üstə qalaqlananda gec olacaq. Bu “yanaşmanın” problemdən qısa qaçış yolu kimi effektiv yolu olduğunu inandırıblarsa, bu “istedada” əhsən, lakin futbolumuza məsul şəxslər bilməli, anlamalıdırlar, çox zərərli istiqamətə düçar olmaqdadırlar.

Təkrar xatırladaq ki, Azərbaycanda futbolun mövcudluğu DÖVLƏT DOTASİYASI hesabına sosial layihə kimi dəstəklənir. Futbolda irili-xırdalı hər hansı manipulyasiya xəyanətdir…

Kamil Əhməd

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:280
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 26 Mart 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see400

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see357

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see322

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see316

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see292

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see271

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see263

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see231

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see208

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see205

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see202

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see189

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see182

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see176

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see166

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri