Icma.az
close
up
RU
Hətta təlaşlı günlərimdə sevinirəm... Luiza Qlükün poetik sədaqəti

Hətta təlaşlı günlərimdə sevinirəm... Luiza Qlükün poetik sədaqəti

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

13 oktyabr amerikalı şair və esseist, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Luiza Qlükün anım günüdür.

Kulis.az bu münasibətlə Seda Nur Atamanın yazısını və Səlim Babullaoğlunun tərcüməsində şairin "Qürub" təqdim edir.

Sizə bu dəfə Amerikalı şair və yazıçı Louise Glückdən danışacağam. 22 aprel 1943‑cildə Nyu‑Yorkda yəhudi ailəsində doğulan bu sənət adamı yalnız bir çox ədəbi mükafatın sahibi yox, 2020‑ci ildə ədəbiyyat üzrə Nobel mükafatını qazanmış nadir şairlərdəndir.

Akademiya bu mükafatı ona “səthi sadəliyi ilə fərdi varoluşu ümumbəşəri edən qüsursuz poetik səsi” səbəbilə verdiyini bildirmişdi. Bu nailiyyəti ilə o, stereotipləri sındıraraq beş il ərzində Nobel qazanan ikinci amerikalı şair oldu.

Luiza Qlük demək olar ki, 60 il yazıb. Onun poetik dili avtobioqrafik elementlər, fərdi və ictimai-travmaların təsiri ilə formalaşıb — sadə, lakin dərin və təsirli.

1968‑də çıxan ilk şeirlər kitabı - "Firstborn" ilə başlayan yol, onu Amerikan ədəbiyyatının əsas simalarından birinə çevirdi. O, həmçinin Kolumbiya və Sarah Laurens Universitetlərində dərs deyib, şeirləri barədə məqalələr yazıb.

Müxtəlif illərdə 1993‑cü ildə Pulitzer və Milli Kitab Mükafatına layiq görülüb. Tənqidçilər onun kədər, travma, arzu və təbiət kimi mövzulara yönələn şeirlərində, miflər və şəxsi tarix arasında qurduğu körpünü xüsusi qiymətləndirirlər.

Luiza Qlük Nobel mükafatı alarkən çox təəccübləndiyini etiraf edir.

O, Axillesin zəfəri" (1985), "Ararat" (1990), "Yabanı süsən" (1992), "Çəmənliklər" (1996), "Vita Nova" (1999), "Yeddi yaş" (2001), "Averno" (2006) və başqa 11 şeir kitabının müəllifidir.

Qlükün həyatı da şeir dünyası kimi trajikomik və kreativ olub: gəncliyində anoreksiya ilə mübarizə aparıb, iki dəfə ailə qurub və Vermontdakı evinin yanması ilə hər şeyini itirib.

11 Sentyabr hücumlarından dərindən təsirlənmiş və "October" adlı kitabında bu travmalarından yazmışdı.

Mükafatı qazandıqdan sonra verdiyi müsahibədə o deyirdi: “Hər zaman öz təcrübənizin konturlarını izləyirsiniz, çünkü uşaqlığınızdan başlayaraq həyatınızın materialıdır. Lakin mən arxetipik bir təcrübə axtarıram və yaşadığım çətinliklərin tək olmadığını düşünürəm. Parıltıların diqqətini üzərimə yönəltmək ideyası məni maraqlandırmır... Bir macəraya başlamaq üçün yazırsınız. Mən haqqında heç nə bilmədiyim yerlərə getmək istəyirəm…”

Qlük ölməyə yox, yaşamağa yönəlmiş bir poetik sədaqət nümayiş etdirərək ədəbiyyat dünyasında unudulmaz iz qoyub...

Qürub

Sənin məni çağıran səsini

eşidəndə,

hətta təlaşlı günlərimdə sevinirəm;

və kədərlənirəm ki, sənə

anlayacağın bir dildə

cavab verə bilmirəm.

Sən nitqə etibar etmirsən,

onunçün də rəmzlərə əl atırsan,

hərçənd onların da

dəqiq yozumunu bilmirsən.

Hər necəsə, səsin mənə çatır.

Həmişə cavab verirəm,

qəzəbim qış kimi ötüb keçir.

Cavabım sənə bir yay axşamının

sərin mehi kimi,

öz cavabına çevrilən sözlər kimi

aydın olmalıdır.

Rəhman Rəhmanov: "Xoşqədəm Hidayətqızı mənə dedi ki..." - Müsahibə Məşhur İslandiya müğənnisi İsraili boykot etdi “Köhnə bakılı: həsrət və duyğular” sərgisi açıldı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri