Prezident Luiza Arbura məktub ünvanladı
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın General-Qubernatoru xanım Luiza Arbura təbrik məktubu ünvanlayıb.
Axar.az təbrikin mətnini təqdim edir:
"Hörmətli xanım General-Qubernator,
Kanada Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan ilə Kanada arasındakı əlaqələr xalqların mənafelərinə uyğun olaraq bundan sonra da qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza daim firavanlıq və rifah arzulayıram".
Bu mövzuda digər xəbərlər:Prezident məktub ünvanladı
22 Noyabr 2024 16:44
Prezident həmkarına məktub ünvanladı
11 Dekabr 2025 12:41
Prezident Trampa məktub ünvanladı
08 Avqust 2026 20:36
Sadhquru Prezident İlham Əliyevə məktub ünvanladı
16 Noyabr 2024 17:28
Prezident müraciət ünvanladı
20 May 2025 09:32
Baxış sayı:140
Bu xəbər 01 İyul 2026 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















