Icma.az
close
up
RU
Həyasız, insanlığa sığmayan açıqlama idi Deputatdan Pyotr Tolstoya CAVAB

Həyasız, insanlığa sığmayan açıqlama idi Deputatdan Pyotr Tolstoya CAVAB

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy Yeketenburqda baş verənlərlə bağlı danışıb. O, çıxışında azərbaycanlıların öldürülməsi barədə danışmayıb, sadəcə olaraq, hüquq-mühafizə orqanlarının qayda-qanun yaratdığını irəli sürüb. Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın Yekaterinburq şəhərində OMON-çular tərəfindən soydaşlarımızın kütləvi şəkildə həbs edilib.İlkin məlumatlaa görə, 5 nəfər (Hüseyn Səfərov, Ziyəddin Səfərov, Ayaz Səfərov, Məzahir Səfərov və Kamal Səfərov) amansızcasına qətlə yetirilib.

Modern.az-a açıqlamasında Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, Rusiya Dumasının sədr müavini Pyotr Tolstoy Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinə uyğun olmayan, ümumiyyətlə insanlığa sığmayan açıqlama verib:

“Pyotr Tolstoyun həyasız, heç bir fakta, insanlığa, məntiqə sığmayan açıqlamasına münasibət bildirmək istəyirəm. Rusiya tərəfi belə hesab edir ki, 2001-ci ildə Yeketenburqda hansısa cinayət hadisəsi baş verib və bu cinayəti öldürülən azərbaycanlılar törədib. Sual yaranır ki, Rusiya hüquq-mühafizə orqanlarının yadına 24 il sonra düşdü ki, belə bir  hadisə baş verib. Bu 24 ildə Rusiya hüquq-mühafizə orqanları haradaydı? Ortada belə bir cinayət əməli vardısa, indiyə kimi onu aça bilərdilər. Bu məsələnin bir tərəfidir. Digər yandan 5 nəfərin öldürülməsi ilə bağlı Pyotr Tolstoy heç bir söz demədi. Bu nə deməkdir? O, çıxışında yalnız etnik azərbaycanlıların guya hansısa cinayət əməlləri barədə danışır, etnik dözümsüzlüyü təbliğ edir. Əvvəla Rusiyanın özünün yalnız ruslardan ibarət olmadığını unutmaq olmaz. Orada çoxlu müsəlman xalqları yaşayır, çoxlu müsəlman subyektləri var. Danışanda fikirləşməlidir ki, o sözün arxasında nə durur? Etnik rus olmayan Rusiya vətəndaşlarına qarşı bu cür  etnik dözümsüzlük nümayiş etdirmək olmaz. Pyotr Tolstoy Rusiya daxilində qayda-qanun yaratmaqdan danışır. Yaxşı, qayda-qanun yaradırsınızsa yaradın, buna heç kəs etiraz etmir. Amma nə üçün sizin  yaratdığınız bu “qayda-qanun” etnik müsəlmanlara qarşıdır. Pyotr Tolstoy qeyd edir ki, öldürülən azərbaycanlılar Rusiya vətəndaşıdırlar və cinayətkarlığa qarşı mübarizə ölkənin daxili işidir. Almaniyada, Avropanın hər hansı ölkəsində yaşayan bu ölkələrin vətəndaşı olan etnik rusların burnu qanadıqsa Rusiya öz həmvətənlərinin incidildiyi, onlara qarşı tədbirlərin həyata keçirildiyini bəyan edir. Rusiya az qala dünyanı atom bombası ilə qorxudur. Halbuki həmin ruslar Avropa vətəndaşlarıdır. Necə olur ki,  Rusiya xarici ölkə vətəndaşı olan rusları belə müdafiə edir, biz öz həmvətənlərimizi müdafiə edə bilmərik? Rusiyada qayda-qanun yaradılmasının əleyhinə deyilik. Amma bunu yalnız müsəlmanlara aid etməsinlər, ruslara da, rus mafiyasına da aid etsinlər”.  

Vitse-spiker vurğulayıb ki, Tolstoyun çıxışı iki ölkə arasında münasibətlərə təsir edəcək:

“Hesab edirəm ki, Tolstoyun bu çıxışı iki ölkə arasındakı münasibətlərə ciddi problemlər yarada bilər. Bu, siyasətçiyə yaraşmayan, məsuliyyətsiz çıxışdır. Rusiya güc strukturlarının azərbaycanlılara qarşı törətdikləri vəhşilik aktını mən pisləyirəm. Burada heç bir qayda-qanun yaratmaqdan söhbət getmir. Məhz etnik müsəlmanlara, o cümlədən azərbaycanlılara qarşı vəhşilikdən söhbət gedir. Qayda-qanun yaratmaq, hər hansı cinayət əməlinin üstünü açmaq istəyirsənsə, bunun üçün cinayət-prosessual məcəlləsi var. Qayda-qanuna uyğun olaraq iş aparılmalıdır. Pyotr Tolstoy yalnız bir nəfərin ölümü haqda danışdı. O da deyir ki, bu adam çoxdan kimisə öldürüb. O deməli deyil bunu, istintaq müəyyən etməlidir ki, o, həqiqətən, cinayəti törədib, yoxsa yox. Sən indidən adamə məhkum hesab edirsən. Guya o gələndə ürəyi dözməyib ölüb. Bu nə deməkdir? Bu nə vəhşilik, nə qonşuluqdur? Çox təəssüf edirəm ki, Rusiyanın dövlət orqanlarında belə məsuliyyətsiz şəxslər otururlar və ağızlarının danışıqlarını bilmirlər. Belələrinin nə hüquqdan, nə də siyasətdən xəbərləri var. Bunların ümumiyyətlə, insanlıqdan xəbərləri yoxdur. Günün günorta vaxtı hücum edib, bir ailənin evinə soxulub insanları götürüb aparırlar, öldürürlər, hətta uşaqları da aparırlar. Özlərinə bəraət də qazandırırlar. Ötən il dekabrın 25-də təyyarəmizi Rusiya səmasında vurdular. İndiyə qədər təyyarə qəzasında suçu olanların heç biri məsuliyyətə cəlb olunmayıb? Soruşuram sizdən, Pyotr Tolstoy. Bu günə qədər təyyarə qəzasında əli olanların heç biri məsuliyyətə cəlb olunmayıb. Soruşuram səndən, Pyotr Tolstoy, niyə? Bəs deyirsən hüquq-mühafizə orqanları qayda-qanun yaradır. Necə yaradırsan? Bu vəhşiliyi bir daha qınayıram. Bunun adı vəhşilik, vandallıqdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 İyun 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri