Həyasızcasına davrandı, ona görə dava düşdü Paşinyan
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mən bütün məsuliyyəti müxalifətin üzərinə qoyuram, Mülki Müqavilə Partiyasının deputatlarının hərəkətlərini alqışlayıram və onlara dəstəyimi bildirirəm.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə baş verən dava haqda deyib.
“Zorakılığı pisləyirəm, amma bu gün görülən tədbirlərə görə Mülki Müqavilə Partiyasını dəstəkləyirəm.
Əgər kimsə müxalifətçidirsə, bu, onun həyasız olması demək deyil. Güclü Ermənistan Partiyasının üzvü kürsüdən həyasızcasına davranıb, xahiş və müraciətlərə məhəl qoymadan üzr istəməyəndə hər şeyin belə bitəcəyi aydın idi”, - o bildirib.
Qeyd edək ki, bu gün Ermənistan parlamentinin iclası zamanı deputatlar arasında kütləvi dava düşüb. Dava zamanı deputatlar bir-birinə yumruq və butulkalarla hücum ediblər.
Bundan öncə Paşinyan müxalifəti ələ salaraq, “mən onları fiziki baxımdan güclü bilirdim” demişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 29 Oktyabr 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















