Icma.az
close
up
RU
Həyat sığortasına maraq artıb: Müraciətlərin çox olması...

Həyat sığortasına maraq artıb: Müraciətlərin çox olması...

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda insanlar son illərdə həyatın yaşam sığortasına maraq atıb.

Bu sığorta həm pul yığmaq, həm də insanın özünü və ailəsini qoruması üçün bir vasitədir. Sığorta müqaviləsi bağlayan şəxs hər ay müəyyən məbləğdə pul ödəyir.

Əgər müqavilə dövrü ərzində ona heç nə olmazsa, müddətin sonunda yığdığı pulu faizlə birlikdə geri alır. Əgər həmin şəxs müqavilə dövründə vəfat edərsə, ağır xəstələnərsə və ya əmək qabiliyyətini itirərsə, sığorta şirkəti onun ailəsinə və ya özü üçün seçdiyi adama pul ödəyir.

Mərkəzi Bankın rəsmi açıqlamasına görə, ölüm, xəstəlik və digər səbəblərlə bağlı həyata keçirilən həyat sığortası ödənişləri artıb.

Belə ki, 2024-cü il ərzində həyatın yaşam sığortası bazarında zərərlilik əmsalı 79 %-dən 84 %-ə yüksəlib.

Bu o deməkdir ki, sığorta şirkətləri cəlb etdikləri hər 100 manatın 84 manatını geri ödəyirlər, yəni, ya ölüm, ya da sağlamlıqla bağlı digər risklər gerçəkləşdiyindən, sığorta olunanlara ciddi şəkildə geri ödəniş edilir. Bu rəqəm Rudiyada 50-55, ABŞ-də 55-57, Türkiyədə isə 30 faiz civarındadır.

Ölkəmizdə yüksək zərərlilik əmsalının arxasında duran səbəblər maraq doğurur. Bunun səbəbi əhali arasında xəstəlik və ölüm hallarının artması ola bilər, ya da sadəcə sığorta xidmətlərinə çıxışın genişlənməsi və daha çox insanın bu mexanizmdən istifadə etməyə başlaması ilə bağlıdır.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov bildirib ki, həyatın yaşam sığortasından başqa digər bütün sığortalar yalnız müəyyən risklər və hadisələr zamanı ödəniş həyata keçirir:

“Hazırda bununla bağlı müraciətlər çoxdur və müraciətlərin çox olması müəyyən riskləri artırır. Bildirim ki, bu yeganə sığorta məhsuludur ki, digər bütün sığortalar yalnız müəyyən risklər və hadisələr zamanı ödəniş həyata keçirir.

Həyatın yaşam sığortasında isə həm üç il ərzində müəyyən təminat verilir, həm də ölüm halı baş verməzsə, üç ilin sonunda müştəri müqavilədə göstərilən məbləği alır.

Yəni bu sığorta məhsulunun iki funksiyası var. Birincisi, üç il ərzində şəxs dünyasını dəyişərsə təminat verilir. İkincisi, ölüm halı baş vermirsə, üç ilin sonunda şəxs müqavilədə göstərilən məbləği tam olaraq alır. Bu, yeganə sığorta növüdür.

Qeyd etdiyim kimi, risklərin artması bilavasitə müraciət edənlərin sayının artması deməkdir. Məsələn, sığorta sektorunda avtomobilin icbari sığorta növü ən çox satılan məhsuldur və bütün sürücülər bu sığortanı alır. Bu məhsul, simvolik olaraq 100 manat yığım olursa, ilin sonunda ən yaxşı halda 100 manat ödəniş həyata keçirilir”.

E. Ağabağırov bildirib ki, bu sığorta məhsulu hər bir halda üç ilin sonunda təminat olaraq verilir:

“Həyatın yaşam sığortası da eyni qaydada işləyir. Məsələn, əgər simvolik olaraq 10 müştəri bu məhsulu alırdısa və onlardan birində hadisə baş verirdisə, bu gün 1000 müştəri alarsa, 10 hadisə baş vermiş olur. Qeyd edim ki, bu sığorta məhsulu hər bir halda üç ilin sonunda təminat olaraq verilir.

Məsələn, həyatın yaşam sığortasını əldə edən şəxs müqavilədə göstəribsə ki, sığorta məbləği 10,000 manatdırsa, üç ilin sonunda şəxs öz həyatını qoruyub saxlayırsa, bu məbləğ ona ödənilir. Əgər şəxs təyin olunmuş müddətdə dünyasını dəyişərsə, məbləğ onun vərəsələrinə verilir”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: sığorta Emil Ağabağırov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Oktyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri