Icma.az
close
up
RU
Xərçəngin riskini minimuma azaldan 10 QIZIL QAYDA

Xərçəngin riskini minimuma azaldan 10 QIZIL QAYDA

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mütəxəssislər Avropa xərçəng kodeksini tərtib ediblər. Bu kodeksə xərçəngin riskini minimuma azaldan 10 qızıl qayda daxildir.

Alimlərin fikrinə görə, bu qaydalara riayət etməklə xərçəngin riskini dəfələrlə azaltmaq mümkündür.

Saglamolun.az Focus.de-yə istinadla sizə bu qaydaları təqdim edir.

1. Siqaret çəkməyin

Kanserogen maddələri ilə “zəngin” olan siqaret tüstüsü bir çox xərçəng növlərinin riskini artırır. Bu tək ağciyər xərçənginə aid deyil. Siqaret çəkmək ağız, boğaz, qida borusu, mədəaltı vəz, sidik kisəsi, böyrəklər kimi orqanlarda xərçəng şişinin inkişafına səbəb ola bilər.

2. Artıq çəki yığmayın

Almaniya Xərçəng araşdırmaları institutunun mütəxəssisləri sübut edir ki, orqanizmə piyin artması 11 müxtəlif xərçəngin riskini artırır. Bu xüsusilə düz bağırsaq, qida borusu və süd vəzi xərçənginə aiddir.

Orqanimdə piyin artması hormonal fonunu pozur, insulin və leptin kimi hormonların ifrazını artırır ki, bu hormonlar xərçəng hüceyrələrinin böyüməsini stimullaşdırır. 

3. Fiziki aktivliyinizi artırın

Gündəlik fiziki məşğələlər (bu adi piyada gəzintilər ola bilər) bir çox xərçəng növlərinin riskini azaldır. Əksinə isə azhərəkətli həyat tərzi orqanizmdə durğunluq proseslərinə, piylənməyə səbəb olur ki, bu da öz növbəsində xərçəngin riskini artıran faktorlardır.

4. Təzə meyvə və tərəvəzləri yeyin

Vitamin, antioksidant, liflərlə zəngin olan meyvə və tərəvəzlər qida borusu, mədə, bağırsaq, mədəaltı vəz kimi orqanlarda xərçəng şişlərinin əmələ gəlməsinin ehtimalını azaldır. Mütəxəssislər hər gün 5 porsiya meyvə və tərəvəzləri yeməyi tövsiyə edirlər (3 porsiya tərəvəz +2 porsiya meyvə). 1 porsiya dedikdə, məsələn, 1 alma və ya 1 banan, 1 xiyar və ya 1 bismiş kartof nəzərdə tutulur . 

5. Emal olunmuş ətdən (kolbasa, sosis və s.) imtina edin

2015-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı emal olunmuş əti kanserogen maddələrin siyahısına daxil edib.

6. Spirtli içkilərin qəbulunu minimuma azaldın

Spirtli içkilərin tərkibində olan zəhərli maddələr bir çox xərçəng növlərinin riskini artırır – qaraciyər, mədə, qida borusu, bağırsaq, mədəaltı vəz və s.

7. Günəşdən qorunun

Gün şüaları orqanizmə əvəzsiz D vitaminini bəhş edir. D vitamininin azlığı bir çox xəstəlik və pozulmalara  səbəb olur. Lakin gün şüalanmasının həddindən çox olması olduqca ziyanlıdır və ilk kanserogen faktorlardan biri sayılır. Gün şüaları dəri xərçənginin əsas səbəbidir.

Mütəxəssislər qeyd edir ki, D vitamininin lazım olan günlük dozasını almaq üçün günün altında 15-20 dəqiqə olmaq kifayətdir.

8. Kanserogen faktorlardan uzaq durun

Buna pis ekoloji şərait, ziyanlı kimyəvi maddələrlə işləmək, rentgen şüaları və s. aiddir.

9. Hepatit B və papillomavirusa qarşı peyvənd etdirin

Qaraciyər xərçənginin ilk səbəblərindən biri hepatit B-dir. Hepatit B-yə qarşı peyvənd qaraciyər xərçənginin riskini azaldır.

Papillomavirusa qarşı peyvənd qadın cinsiyyət sistemini xərçəngdən qoruyur. Bir çox Avropa ölkələrində bu peyvənd artıq çoxdandır kütləvi şəkildə vurulur və artıq yaxşı nəticələr verməyə başlayıb.

10. Profilaktik müayinələr

Xərçəngin erkən aşkar olunması müalicənin effektivliyini qat-qat artırır. Bu xüsusilə bağırsaq, dəri, süd vəzi, prostat vəzi, uşaqlıq boynu xərçənginə aiddir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see398

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see388

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see341

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see324

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see309

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see250

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see248

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see248

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see244

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see224

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see217

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see215

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see211

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see205

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see205

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see202

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see201

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri