Həyat yoldaşı sosial mediada Messiyə məktub yazdı
Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Argentina millisinin hücumçusu Lionel Messinin həyat yoldaşı Antonella Rokusso 39 yaşlı futbolçunun milli komandada çıxışını başa çatdırmaq qərarına sosial şəbəkələrdə münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə sosial mediada yazıb.
"Bu mərhələni məhz belə başa vurduğun üçün səninlə necə fəxr etdiyimi sözlə ifadə edə bilmirəm. Bu illər ərzində çoxlu hadisələr, çoxlu xoşbəxt anlar və çoxlu məyusluqlar yaşandı. Uşaqlarımız bütün bunları yaxından izləyərək böyüdülər. Onlar atalarının istədiyi şey uğrunda necə mübarizə apardığını, təslim olmadığını və sona qədər inanmağa davam etdiyini gördülər. Daha sonra isə sənin hər şeyə nail olduğunu və dünya kubokunu qaldırdığını görmək üçün yanında ola bildilər", deyə Rokusso yazıb.
Qeyd edək ki, avqustun 31-də Messi Argentina millisində karyerasını başa çatdırdığını rəsmən açıqlayıb. Futbolçu 2005-ci ilin avqustundan milli komandada çıxış edib və bu müddət ərzində 207 oyunda 125 qol vuraraq Argentina millisinin tarixində ən məhsuldar futbolçu olub.
Aydın
Baxış sayı:114
Bu xəbər 01 Sentyabr 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















