“Həyat yoldaşımın arxasınca 7 ay qaçdım”
Icma.az bildirir, Olay.az portalına istinadən.
“Həyat yoldaşımın arxasınca 7 ay qaçdım”
Aktrisa Zümrüd Qasımova həyat yoldaşı ilə tanışlığından danışıb.
OLAY yazır ki, bu barədə o, “Pərvizə görə”də açıqlama verib. Z. Qasımova deyib ki, həyat yoldaşı Nazimlə tanış olmaq üçün 7 ay cəhd edib:
“16 ildir həyat yoldaşımla tanışıq. Kitabxanada tanış olmuşuq. Onun arxasınca 7 ay qaçdım, dedim, mənim olacaqsan. O vaxtlar depressiyada idi, ailəsindən ayrılmışdı. Deyirdi, qadınlara inanmıram, ailə qurmaq istəmirdi. Hara gedirdi ora gedirdim, məktublar yazıb maşınının üstünə qoyurdum. 3 ildir rəsmi boşanmışam. 15 ildir evli idik, amma onun soyadını götürməmişdim. Prinsip söhbəti idi, istəyirdi Zeynalova olum, mən isə Qasımova qalmaq istəyirdim. İnadkarlıq etdi ki, soyadımı götürəcəksən. Getdim, etdim, 1 ay sonra isə dedim soyadımı dəyişirəm. Dedi, yaxşı, mən istəyəni etdin. Getdim, dedilər 8 ay gözləməlisiniz, yoxlanmalısınız. Biz də məkan açmışdıq. Bütün sənədlər mənim adıma idi, hamısı dəyişməlidir. Məsləhət gördülər ki, boşan, soyadına asan qayıdacaqsan. Getdim yalvardım ki, məni boşa. Nə etdim özümü boşatdırdım. O da dedi ki, söz ver yenidən evlənəcəyik. Dedim, bir şərtlə, gəl toy edək və gəlinlik geyinim. Faciə oldu, toy məsələsini saxladıq. Evli olanda küsəndə demirsən gedirəm. İndi isə deyirəm ki, küsdüm, gedirəm anamgilə”.
Baxış sayı:49
Bu xəbər 22 İyun 2025 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















