Icma.az
close
up
RU
Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva O, kimin tələbi ilə baş rola dəvət olundu?

Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva O, kimin tələbi ilə baş rola dəvət olundu?

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli.Az kulis.az-a istinadla Əməkdar artist Hicran Mehbalıyeva haqqında maraqlı faktları təqdim edir.

Hicran Paşa qızı Mehbalıyeva 11 mart 1954-cü il tarixində dünyaya gəlib. 1973-1977-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. 1977-1987-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında işləyib.

***

Akademik Milli Dram Teatrına dəvət olunan Hicran Mehbalıyeva sənətdən gedənə kimi burada çalışıb.

O, həmçinin AzTV-nin bir sıra əyləncəli verilişlərində, Yeni il proqramlarında iştirak edub.

***

O, "Xoşbəxtlik qayğıları", "Evləri köndələn yar", "İşgüzar səfər", "Qonşu qonşu olsa" televiziya tamaşalarında, "Bədbəxtliyin astanasında" kimi filmlərdə müxtəlif səpgili obrazlar canlandırıb.

***

Müğənnilik fəaliyyəti ilə də məşğul olan sənətçi "Bənövşə" uşaq xorunun yetirmələrindəndir.

Xüsusilə görkəmli aktyor Yaşar Nuri ilə ifa etdiyi "Neyləsin bu yollar..." mahnısı dövrünün ən məşhur duetlərindən idi.

Emin Sabitoğlu ilə ifa etdiyi "Səhnədə işıqlar yananda", "Evləri köndələn yar" teletamaşasında oxunan"Görüş yeri" mahnılarının ifaçısı da Hicran Mehbalıyevadır.

***

Hüseyn Cavid yaradıcılığı onun aktrisalığının əsas qida mənbəyi olub.

Hətta o, Hüseyn Cavidin müəllifi olduğu səhnə əsərlərində qadın obrazlarının ən gözəl ifaçısı hesab olunurdu.

1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrında dahi dramaturqun "Afət" əsəri əsasında hazırlanan tamaşada canlandırdığı obrazdan sonra - 1 dekabr 1982-ci ildə ona "Azərbaycan SSR-nin Əməkdar artisti" fəxri adı verilir.

Onun bu rolu oynaması isə tərəf müqabili ƏIi Nurun istəyi ilə olub. Sən demə, rolu əslində Elmira Həşimzadə oynamalı imiş.

Aktyor müsahibələrinin birində bu haqda deyir:

"1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrında Hüseyn Cavidin anadan olmasının 100 illiyi ilə əlaqədar şairin "Afət" əsəri səhnələşdirilirdı. Rejissor Oruc Qurbanov Afəti aktrisa Elmira Haşimzadəyə həvalə etdi. Mən də tamaşada baş rolu oynayıram. Dedim, bu aktrisa ilə tamaşadan hadisə yaratmaq olmaz. Bu rolu Hicran Mehbalıyeva oynamalıdır. Üç ay rejissorla mübahisədən sonra rolu Hicrana verdirdim və tamaşa dünyaya səs saldı. İki dəfə Respublika Sarayında oynanıldı. Mehdi Məmmədov dəfələrlə tamaşaya baxıb. Akademiklər, professorlar o tamaşanın dəlisiydilər. Çünki baş rolun ifaçısı yerində idi. Elmira Haşimzadəyə görə ona heç kim baxmayacaqdı və tamaşa Sumqayıtın arxivində qalacaqdı".

Ardınca isə onu Akademik Milli Dram Teatrına işə dəvət edirlər.

***

O sənətdən səssiz-səmirsiz getdi...

Qarışıq, faciəlli 90-cı illər...

O illərdə onlarla aktyor, aktrisa ağır problemlər qarşısında təslim olub sənətdən uzaqlaşdı...

Hicran Mehbalıyeva da onlardan idi...

Deyilənə görə, Əməkdar artistin səhnə həyatına davam etməsini həyat yoldaşı istəməyib. Bir müddət Bakıda qalan cütləq sonradan sonra onlar Azərbaycanı tərk edib.

Sənət dostu Hacı İsmayılov müsahibələrinin birində bu qərar haqqında deyir:

"Onun yoldaşı Moskvada işləyirdi. O da həyat yoldaşının tələbi ilə işini atıb Moskvaya getdi. Heyf... Çox gözəl aktrisa idi. Qalsa idi, çox məşhur, sevimli aktrisalardan biri olacaqdı".

Aktrisa barədə bilinən yeganə şey hazırda Rusiyada yaşadığıdır.

Ailəsi, övladları barədə heç bir məlumat yoxdur.

Səhnəyə səsli-küylü gələn Hicran Mehbalıyeva sənətdən sərin bir meh kimi keçib getdi.
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Avqust 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri