Həyat yoldaşına zəng edən uşaqlıq dostunu bıçaqladı
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ağsu rayonunda 30 yaşlı kişi arvadına zəng edən həmyerlisi və uşaqlıq dostunu bıçaqlayıb.
KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, hadisə ötən il yanvarın 7-də Ağsu rayonunun kəndlərindən birində baş verib.
1996-cı il təvəllüdlü Fəqan yanvarın 6-da axşam saatlarında Bakı şəhərində yaşadığı evdə olarkən arvadı Səmayənin mobil telefonuna Sərxanın (adlar şərtidir – red.) mobil telefonundan votsap vasitəsilə zəng gəldiyini görüb. Məsələ ilə bağlı Sərxanla görüşərək söhbət etmək qərarına gəlib. Növbəti gün gecə saat 04:30-da kənd ərazisində onunla görüşüb, arvadına zəng etməsinə görə iradını bildirib.
Mübahisə zamanı Fəqan bıçaqla Sərxanın döş qəfəsi nahiyəsinə bir dəfə zərbə vurub.
İstintaq orqanı tərəfindən Fəqanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Fəqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, hadisə günü həyat yoldaşının istifadəsində olan mobil nömrəyə zəng gəldiyini görüb: “Telefonu açdım, zəng edənin dostum Sərxan olduğunu bildim.
Sərxan məndən hal-əhval tutduqdan sonra dostları ilə yeyib-içdiklərini, mənim əhvalımı öyrənmək üçün zəng vurduğunu, Ağsu rayonuna gəlməyimi, mənə qonaqlıq verəcəklərini bildirdi. Sərxanın nə üçün həyat yoldaşımın telefonuna zəng etdiyini dəqiqləşdirmək üçün onunla görüşüb, bu məsələni aydınlaşdırmaq istədim.
Əslində həyat yoldaşımın istifadəsində olan mobil nömrəni əvvəllər mən işlətmişəm. Sadəcə Vətən müharibəsində aldığım xəsarətlərlə bağlı yaddaşımda problem olduğu üçün bu yadımdan çıxıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Ağsu rayonunda Sərxanla görüşəndə nəyə görə həyat yoldaşının mobil nömrəsinə zəng etdiyini soruşub: “Sərxan öz telefonunda həmin mobil nömrəyə mənim adımı qeyd etdiyini, nömrəni həyat yoldaşımın istifadə etməsindən məlumatsız olduğunu bildirdi. Hətta telefonunda mobil nömrəyə mənim adımı yazdığını və əvvəllər bu nömrə ilə əlaqə saxladığımızı da mənə göstərdi.
Amma özümdə olmadığımdan və anlaşılmazlıq yarandığından Sərxana inanmadım, bıçaqla ona xəsarət yetirdim. Hadisə vaxtı Sərxan mənə “yekə oğlansan, nə üçün məndən şübhələnirsən?!” dedi. Bu sözlər mənə pis təsir etdi, bir anlıq özümü itirdim. Buna görə onu bıçaqla vurdum. Bıçaq hadisə vaxtı üzərimdəydi. Onu Binəqədi rayonunda mağazadan almışdım”.
Fəqan ifadəsində həyat yoldaşına çox qısqanc yanaşdığını deyib: “Bu hadisəni də qısqanclıq zəminində törətdim. Dərhal sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək məlumat verdim”.
İş üzrə zərərçəkmiş Sərxanın sözlərinə görə, hadisədən əvvəlki günü həmkəndlisi Nəriman və qohumu Eldarla birlikdə yeyib-içmək üçün Ağsu şəhərindəki kafeyə gediblər: “Kafedə yeyib-içdikdən sonra Fəqana votsapda görüntülü zəng etdim ki, hal-əhval tutum. Biz həmişə bir yerə toplaşanda bir-birimizlə görüntülü danışırıq.
Telefonumda Fəqanın iki dənə mobil nömrəsi var. Həmin nömrələrdən birinə görüntülü zəng vurdum. Amma o, zəngimi məşğula atdı, özü mənə səsli zəng etdi.
Fəqanla hal-əhval tutduqdan sonra məndən niyə həmin nömrəyə zəng etdiyimi soruşdu. “Bu, sənin nömrən deyil? Sənin nömrən bilib zəng etmişəm” deyə cavab verdim. O bu nömrəni evə qoyduğunu bildirdi. Telefonda elə bir mübahisəmiz olmadı, başqa mövzularda da söhbət etdik. Sonra telefonu Nərimana verdim. O da Fəqanla bir xeyli danışdı. Həmin vaxt Fəqan özünün də Ağsuya gəlmək istədiyini bildirdi”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra Fəqana zəng edib və Ağsuya gəlib-gəlmədiyini soruşub: “Fəqan yolda olduğunu, bir azdan gələcəyini bildirdi. Gecə saatlarında mənə zəng edərək rayona çatdığını dedi, gəlib onu götürməyimi istədi. Buna görə mən, Nəriman, Eldar və Müslüm birlikdə Ağsu şəhərinə getdik.
Fəqan bizim olduğumuz avtomobilə əyləşdi. O mənə sakit bir yerə çəkilərək söhbət etməyi təklif etdi. Ağsu şəhərinin çıxışına getdik. Fəqan və mən avtomobildən düşərək kənara çəkildik. Ondan nə baş verdiyini, niyə mənimlə söhbət etmək istədiyini soruşdum. Həmin nömrəyə niyə zəng etdiyimi bir daha soruşdu. Fəqanın bu məsələ ilə bağlı Ağsuya gəldiyini anladım və qəzəbləndim. Dedim, utanmırsan, sən məndən elə şey gözləyirsən? Həmin nömrədən Fəqanın özü ilə yazışdığım mesajları ona göstərdim.
Mən o ana qədər Fəqanın Ağsuya bu məsələ ilə bağlı gəldiyini bilmirdim. Uşaqlıq dostum olan Fəqanın bizimlə yeyib-içməyə gəldiyini düşündüm. Digər dostlarımız bizə yaxınlaşmaq istədi. Amma Fəqan buna etiraz etdi, ailə söhbətini kənar şəxslərin eşitməsini istəmədiyini bildirdi. Fəqana dedim ki, ürəyində nəsə şübhələr varsa, sənə nəsə qaranlıq qalıbsa, kəndə gedək, başa salım. Ona kəndə gedərək, orada söhbət etməyi təklif etdim.
Kəndə çatdıqda onun yaşadığı küçədə avtomobildən düşdük. Müslüm oradan getdi. Eldar avtomobili həyətə sürdü. Nəriman isə yanımızda qaldı. Fəqan qəflətən üzərindən bıçaq çıxararaq döş qəfəsimdən bir zərbə vurdu. İkinci zərbəni də vurmaq istədi. Onun sinə nahiyəsindən təpiklə vuraraq arxaya itələdim. Yaramdan qan gəldiyini hiss etdim və tez yaşadığım evə doğru getdim. Eldar, Fəqanın atası və mənim atam məni xəstəxanaya apardılar”.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.
Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 29 Yanvar 2026 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















